KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: Praqa bəyanatı pozitiv hava yaratması baxımından önəmlidir

Shahin Caferli: Praqa bəyanatı pozitiv hava yaratması baxımından önəmlidir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
232 0

Lakin bu sənədin hüquqi bağlayıcılığı yoxdur. Altında nə Azərbaycan prezidentinin, nə də Ermənistan baş nazirinin imzası var.

Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasının deklarativ də olsa elanı təbii ki, müsbət qiymətləndirilməlidir. Bu tanımanın BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi (MSB-nin məqsəd və vəzifələri haqqında) ilə əlaqələndirilməsi Paşinyanı daxili siyasətdə rahatlatmağa yönəlib, çünki o, davamlı olaraq “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü məndən əvvəl tanıyıb” deyirdi. BMT Nizamnaməsi isə zatən bütün dövlətlərin üzv olarkən öz imzası ilə təsdiqlədiyi və onu bir növ, beynəlxalq Konstitusiya kimi tanıdığı bir sənəddir. Yəni Ermənistanın BMT Nizamnaməsində əksini tapmış müddəaları, prinsipləri qəbul eydiyini söyləməsi yeni bir durum yaratmır.

Sərhəddə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi hər iki tərəf üçün gərəksiz olan hərbi toqquşma riskini azaltmaq baxımından əhəmiyyətlidir. Belə bir missiyanın bölgəyə gəlişi Ermənistan tərəfinin istəyi idi və AB-nin buna razılıq verməsi ondan xəbər verir ki, Qərbin Paşinyanın Ermənistan daxilində öz mövqelərini qoruyub saxlamasında maraqlıdır. (Missiyanın effektivliyi texniki detallardan – əsasən missiya üzvlərinin sayından asılı olacaq.)

Hüquqi qüvvəsi olmasa da, Bəyanatda əksini tapan şifahi razılaşmalar sülhə gedən yolda irəliyə doğru addımdır.

Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir