KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Shahin Caferli: Paşinyan Moskvaya səfərindən sonra işi yoxuşa sürür

Shahin Caferli: Paşinyan Moskvaya səfərindən sonra işi yoxuşa sürür

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
133 0

Rusiya özünün tərtib etdiyi 10 noyabr razılaşmalarının həyata keçirilməsində, o cümlədən Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır. Nəqliyyat əlaqələrinin bərpası üçün sərhəd problemlərinin həlli lazım olduğundan, Rusiya bu istiqamətdə də hansısa bir çözümün tərəfdarıdır. (Təbii ki, prosesin onun liderliyində aparılması şərti ilə.)

Lakin Moskva Qarabağ mübahisələrinə birdəfəlik, qəti olaraq nöqtə qoyacaq hərtərəfli sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Moskva bu məsələni Azərbaycan-Ermənistan sülh prosesindən ayırıb. Putin-Paşinyan birgə bəyanatında “Dağlıq Qarabağ nizamlanmasının siyasi-diplomatik vasitələrlə aparılmasına ehtiyac”dan bəhs olunması məsələyə 44 günlük müharibədən əvvəlki yanaşmaları xatırladır.

Paşinyan son seçkilərdə qələbə çalsa da, ölkə daxilində mövqeləri sabit və dayanıqlı deyil. Rusiya Ermənistanda hələ də ciddi destabilizasiya yaratmağa qadir olan önəmli gücdür. Paşinyanın səfəri ərəfəsində müxalifətin aktivliyinin artması bu baxmdan bir siqnal idi. Moskvadakı qapalı söhbətlərdə isə ona “lazımi” mesajların çatdırıldığına şübhə yoxdur.

Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir