KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Makronun masası bundan gödək idi

Shahin Caferli: Makronun masası bundan gödək idi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
377 0

Moskvadan Ukrayna ilə bağlı deeskalasiya siqnalları gəlir. Teatrlaşdırılmış görüşdə Lavrovun Putinin sualına cavab olaraq “anlaşmaq üçün hər zaman şans var” deməsi, Şoyqunun isə təlimlərin bir qisminin başa çatmaqda olduğu, digərlərinin yaxın vaxtlarda yekunlaşacağını söyləməsi, Belarus müdafiə nazirinin ölkə ərazisindən Ukraynaya qarşı hər hansı risk və təhlükə olmadığını vurğulaması bunu deməyə əsas verir.

Ukraynalı diplomatın hər hansı hüquqi və praktik əhəmiyyət daşımayan “NATO üzvlüyündən imtina edə bilərik” sözləri isə Zelenski hökumətinin Putinə bu krizis situasiyasından “qürurla” çıxmaqda “kömək etmək” istəyindən xəbər verir.

Dumada qondarma respublikalar DNR və LNR-in tanınması üçün hazırlıqlar var. Bu, Ukraynaya son xəbərdarlıqdır ki, hələ də o əraziləri geri qaytarmaq şansınız var, bunun üçün Minsk razılaşmalarının siyasi hissəsini öncəliklə yerinə yetirməlisiniz. Ukrayna yenə imtina edərsə, tanıma baş verə bilər. Belə bir qərar Ukraynanın həmin əraziləri hərbi yolla azad etmək iştahının qarşısını almış olacaq və Rusiya rəsmi mediasına imkan verəcək ki, Putinin “müharibə etmədən qələbə qazandığı” yönündə təbliğat kampaniyası qursun. Amma bu, Moskvanın A planı olan Ukraynanın ram edilməsi və “rus dünyası”na geri qaytarılması vəzifəsinin baş tutmadığı anlamına gələcək.

Shahin CaferliKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir