KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Shahin Caferli: Kobaxidze: “Aksiyalara cəmi 500-800 adam qatılır. Maydan alınmadı…”

Shahin Caferli: Kobaxidze: “Aksiyalara cəmi 500-800 adam qatılır. Maydan alınmadı…”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
38 0

Bu gün ATƏT-in müşahidə missiyası Gürcüstandakı seçkilərə dair yekun rəyini açıqladı. Rəydə seçkilərin kütləvi pozuntular şəraitində keçirildiyi, demokratik standartlara və ATƏT qarşısındakı öhdəliklərə zidd olduğu vurğulanır. Prosesə birmənalı mənfi rəy verilib.

“Gürcü Arzusu” çox ümidlidir ki, Tramp gəldikdən sonra hər şey düzələcək, ABŞ və ümumilikdə Qərblə münasibətlərdəki bütün problemlər tam aradan qalxacaq. Ola bilər ki, bu ümid nəyəsə əsaslanır, amma Konqresdəki respublikaçılar “Gürcü Arzusu”na qarşı kifayət qədər aqressivdir. Məsələn, bu gün Konqresin Helsinki komissiyasının sədri, respublikaçı Co Uilson prezident Zurabişvilini Gürcüstanda yeganə legitim rəsmi şəxs adlandırıb, respublikaçı senator Rocer Uiker isə prezident Baydeni dərhal İvanişvili, Kobaxidze və Kaladzeyə qarşı sanksiya tətbiq etməyə çağırıb.

Konqresdə Gürcüstanla bağlı ikipartiyalı konsensus var və yeni administrasiyanın bu reallığı inkar etməsi asan məsələ deyil. Doğrudur, Trampın ətrafındakı izolyanistlər üçün postsovet məkanı vacib region deyil, onlar ABŞ-ın burada ciddi maraqlarının olmadığını düşünür, hətta bir çoxu bu bölgəni tarixən Rusiya nüfuz dairəsi olaraq görür. Lakin yeni xarici siyasət komandası izolyanistlərdən yox, Konqresdəki ənənəvi xətt tərəfdarlarından formalaşdırılıb.

Digər tərəfdən, indiki Gürcüstan hökumətinin ölkə tarixinin ən iri iqtisadi layihəsi olan Anakliya proyektini ABŞ şirkətindən zorla alıb, Çin dövlət şirkətinə verdiyini Trampın qulağına kimsə pıçıldasa, reaksiyası yəqin ki, müsbət olmayacaq.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir