İran ABŞ-ın İraqın Ərbil şəhərindəki Baş Konsulluq binasına və hərbi bazasına raket zərbələri endirib.
Raketlərin Təbrizdən atıldığı və bu həftə Suriyada İsrail bombardmanı nəticəsində öldürülmüş 2 SEPAH zabitinin intiqamı olduğu bildirilir.
Maraqlı və şübhəli məsələdir.
İrana qarşı embarqoların ləğvinin gündəmdə olduğu, İran nefti və qazına böyük ehtiyac duyulduğu bir zamanda bu cür davranış İranın maraqlarına uyğun deyil. Bu, indiki məqamda ancaq Rusiyanın maraqlarına uyğun ola bilər.
Ərbildəki olaydan bir neçə saat əvvəl Yəməndə İrana yaxın husilərin Türk Şəhidliyini dağıtması da önəmli hadisədir. Bunun Türkiyə-İsrail yaxınlaşmasına İranın cavabı olmasına şübhəm yoxdur.
P. S. Bu aralar Azərbaycanın imzaladığı anlaşmaların zamanlamasında problem var. Rusiya ilə müttəfiqlik bəyannaməsi imzaladıq, bir gün sonra Rusiya Ukraynaya hücum etdi. İranla çox önəmli anlaşma imzaladıq, bir gün sonra İran ABŞ obyektlərini bombaladı.
Shahin Caferli Kafkassam