KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Shahin Caferli: Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Shahin Caferli: Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
213 0

Nazir Ararat Mirzoyan əvvəlcə Adıyamanda erməni xilasedicilərlə görüşəcək, oradan Ankaraya gedərək Mövlud Çavuşoğlu ilə görüş keçirəcək.

Bizim bəzi media qurumlarının Ermənistanın Türkiyəyə yardımları ilə bağlı apardığı əks-təbliğata əsasən demək mümkündür ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır. Lakin məlum səbəblərdən rəsmi səviyyədə bununla əlaqədar hər hansı narahatlıq, narazılıq ifadə olunmur. Əvəzində hakimiyyətə yaxın bəzi şəxslər CHP-ni “ermənipərəst mövqe” tutmaqda ittiham edirlər. (Nə əlaqəsi varsa…)

Şübhəsiz ki, Ankara bu məsələdə Azərbaycanın mövqeyini mümkün qədər nəzərə alır və alacaq. Amma Türkiyədən özünün xarici siyasətini tamamilə Azərbaycanın siyasətinə indeksləməsini gözləmək və tələb etmək yanlışdır. Nəticədə iki müstəqil dövlətdən söhbət gedir, hər birinin öz maraqları var və bu maraqlar bəzən uzlaşmaya, üst-üstə düşməyə bilər.

Azərbaycan dövləti və xalqı olaraq biz Türkiyə ilə ikitərəfli münasibətlərdə “ərköyün balaca qardaş” psixologiyasından çıxmalıyıq.

Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir