KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Shahin Caferli: Ərdoğan – Paşinyan telefon danışığı və qarşılıqlı bayramlaşma müsbət hadisədir

Shahin Caferli: Ərdoğan – Paşinyan telefon danışığı və qarşılıqlı bayramlaşma müsbət hadisədir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
36 0

Bu, ən əvvəl onu göstərir ki, münasibətlərin bərpası üçün hər iki tərəfdə siyasi iradə mövcuddur və liderlərin özəl təmsilçiləri arasında gedən danışıqlar nəticəyönümlüdür. Moskvadakı ilk görüşdən sonra danışıqların davam etdirilməsi üçün Vyananın seçilməsi isə onların prosesi ikitərəfli müstəvidə yürütmək və üçüncü tərəfləri bu məsələyə qarışdırmamaq niyyətini göstəricisidir ki, bu da doğru qərardır.

Böyük ehtimalla yaxın vaxtlarda Ərdoğan və Paşinyan arasında üzbəüz görüş də keçiriləcək. Telefon danışığı həm də o görüşə, bir növ, hazırlıq xarakteri daşıyır. İki ölkə sərhədlərinin üçüncü ölkələrin vətəndaşları üçün açılması və hava yolu ilə yük daşımaçılığının bərpası isə Türkiyə və Ermənistan vətəndaşlarının da qarşılıqlı gediş-gəlişinə və ticarət əlaqələrinə hazırlıqdır.

Şübhəsiz ki, Türkiyə Cənubi Qafqaz regionu, xüsusən Ermənistanla bağlı xarici siyasətini Azərbaycanla əlaqələndirir. Lakin bununla yanaşı, düşünürəm ki, Ankara artıq bu istiqamətdə siyasətini tamamilə Azərbaycan-Ermənistan “trek”indən asılı halda saxlamaq istəmir. Bu da doğru və haqlı mövqedir. Əvvəla, ona görə ki, Türkiyə və Azərbaycan ayrı dövlətlərdir və ortaq maraqları olduğu kimi, fərqli maraqları da ola bilər və var. İkincisi, biz özümüz Ermənistanla münasibətlərin bərpası ilə bağlı rəsmi razılaşmalar imzaladığımız bir dövrdə Türkiyədən yenə işğal dövründə olduğu kimi, bu məsələdə Azərbaycanla tam sinxron siyasət yetirməsini, yəni öz addımlarını Bakının iradəsinə və qərarlarına bağlamasını tələb etmək haqqına sahib deyilik.

Ankara görür ki, Azərbaycan və Ermənistan hələ də Rusiyanın provokasiyalarına çox açıqdır və tərəflərin yaxınlaşıb-uzaqlaşmasında Moskva önəmli rol oynamağa davam edir. Rusiya klassik imperialist “dovşana qaç, tazıya tut” strategiyasına uyğun olaraq bölgədə kontrollu gərginliyi davam etdirir və sülh müqaviləsi imzalanmasına imkan verməməkdə qərarlıdır. Belə olan təqdirdə, Türkiyə niyə öz maraqlarını Rusiyanın maraqlarından, daha doğrusu, oyunlarından asılı hala salsın?

Mən şəxsən hansısa qısamüddətli maraqlara görə Ermənistanla bağlı döyüşkən və hədələyici ritorikanı davam etdirməyi doğru saymıram. Bu, Ermənistanda qorxuları diri saxlayır, hətta körükləyir və onları Rusiyanın təhlükəsizlik çətiri altında qalmağa məhkum edir. Biz Türkiyə ilə bərabər Paşinyan hökumətinə Moskvanın pressinqindən çıxmaqda kömək etməliyik, imkan verməli deyilik ki, erməni toplumunda “Rusiya olmasa, türklər bizi bu bölgədə yaşatmaz” düşüncəsi davam etsin və möhkəmlənsin. Bu, qəti və dayanıqlı çözüm yolunda böyük əngəldir.

Şübhəsiz ki, rus əsgərlərinin nəzarətindəki Qarabağ torpaqlarının taleyi hamımızı narahat edir, Paşinyan hökumətinin bu məsələdə mövqeyi qaneedici deyil və zaman-zaman verdikləri destruktiv bəyanatlar bizdə qıcıq yaradır. Amma bəzən unuduruq ki, Qarabağın həmin hissəsi üzərində Ermənistan hökuməti artıq söz sahibi deyil. Onların bu mövzuda verdikləri bəyanatlar daha çox daxili auditoriyaya yönəlib, nəzərə almaq lazımdır ki, söhbət Ermənistan hökumətindən gedir və Paşinyanın, necə deyərlər, “ermənipərəst” olması təbiidir, ondan Azərbaycan prezidentinin dediklərini təkrarlamasını və təsdiqləməsini gözləmək lazım deyil. Narazılıq doğuran məsələlərin hamısı sülh müqaviləsinin hazırlanması prosesində gündəmə gəlməli və razılaşdırılmalıdır.

P. S. Şeytan məni dümsükləyir ki, görəsən, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə razılığın elan olunduğu gün Azərbaycan hökumətinin Türkiyə ilə quru sərhədini bağlaması tam təsadüfdür, yoxsa bunlar arasında bir əlaqə var?.. :)ç
Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.