Seymur Hezi: Suriyada proses uğurla başa çatsa
Suriyada proses uğurla başa çatsa;
1. Türkiyə Avropanı Rusiya qaz şantajından çıxarmış olacaq- Qətər qazı Suriya üzərindən Avropaya çıxacaq və Kremlin bazarı öləcək
2. Türkiyə köçkün məsələsini böyük ölçüdə həll etmiş olacaq.
3. Aralıq dənizindəki Rusiya hakimiyyəti bitəcək.
4. Rusiyanın Qara Dənizlə quru sərhəddinin kəsilməsi istiqamətindəki planlar işə düçəcək.
5. Ən əsası NATO Avrasiyada yenidən mövqelənmək üçün ciddi stimul əldə edəcək.
6. İsrail və Türkiyə bu prosesi uğurla bitirsələr, Fələstin məsələsində yeni bir mərhələ başlaya bilər.
Bu fikirlərin arxasında dayanan məntiq- Ərdoğanın NATO baş katibi ilə görüşündən sonra Türkiyə bu əməliyyatı başladı. Regiondakı proksi qüvvələrin sıradan çıxması prosesinə təkcə İsrailə qarşı olanlar deyil, Türkiyəyə qarşı olanlar da əlavə olunacaq və bununla da bölgədə Rusiya-İran qaynaqlı siyasət süqut eləmiş olacaq.
Share this content:



Yorum gönder