KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Seymur Hezi: silahlanan Ermənistan ya Zəngəzurun nəzəri fatehləri?

Seymur Hezi: silahlanan Ermənistan ya Zəngəzurun nəzəri fatehləri?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
155 0

Kimdir günahkar- bağlanan Fransa liseyi, silahlanan Ermənistan ya Zəngəzurun nəzəri fatehləri?
Bakı Fransız Liseyini bağladılar. Fransaya çox ağır zərbə olacaq?! Hökumət mediası özünü elə aparır ki, sanki Fransa BM TŞ-dan çıxarılıb. Üstəlik, bu hadisəni belə yersiz sevincək təqdim etməklə nəyin üstünü örtürlər?
Niyə Fransa?
Ermənistana verdiyi dəstəyə görə hansısa ölkə belə hədəfə alınacaqsa, bu niyə Fransa olmalıdır? Rusiyaya nə gəlib? Fransa durmadan hələ bundan 20 il sonra da Ermənistana silah daşısa, Rusiyanın Ermənistana verdiyini verə bilməz. Ona görə də belə bir sanksiya olacaqsa, bu Rusiyaya olmalıdır. Tamam başqa məsələdir ki, bir ölkə ilə təhsil mübadiləsi belə, heç bir ciddi strategiya olmadan siyasi ticarətə əsaslanmamalıdır. Çünki axırı bu şəkildə olur. Sənin sözün çəp gəlir, olan təhsil müəssisələrinə olur.
Kimdir günahkar?
“Nəyi nə zaman, necə etməyi” yaxşı bilən siyasətçi niyə oturub, düşünmür ki, onun bu silahlandırmada rolu heç bir tərəfdən az deyil. 44 günlük müharibədən sonra “həftədə bir dəfə tankın üstündə İrəvana dəyib, qayıdanda” başa düşmək lazım idi ki, dünya bizim öz torpaqlarımızı geri aldığımıza göstərdiyi dözümü Kremldən gələn eksponsionist siyasətə göstərməyəcək. Burada axı biz Fransanı tək hədəfə almalı deyilik. Yaxın müttəfiqimiz Britaniyanın dövlət adamları da İrəvana səfərlər edib, onlara təhlükəsizlik qarantiyası verdilər. Aydın görünür ki, bu silahlandırma və Ermənistan üçün beynəlxalq təhlükəsizlik çətirinin yaranması Əliyevin apardığı siyasətin nəticəsidir. Daha doğrusu, Kremldən Bakıya sırınan siyasətsizliyin. Mən “X” platformasında bir neçə dəfə yazmışdım ki, Hikmət Hacıyev özünü Zaxarovanın işçisi kimi aparır. Bəli, elə də aparırdı. Nəticəsi isə Ermənistanın belə silahlanması oldu. Yəni bu məsələnin ən böyük günahkarları Zəngəzurun nəzəri fatehləridir.
Nəhayət, bu təhsil müəssəsi 2014 cü ildə açılıb. Bunu kimin uzaqgörənliyinə yazaq? Fransada erməni lobbisi dünən yaranıb, ya bizimkilərin təzə xəbəri olub? Dünya siyasətinə bir ovuc erməni qədər təsir edə bilməyənlərin öz ölkəsində təhsil ocağı bağlaması isə özlüyündə çox dərs çıxarmalı hadisədir.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir