KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Seymur Hezi: Serj Sarkisyana “hə”, Paşinyana “yox”

Seymur Hezi: Serj Sarkisyana “hə”, Paşinyana “yox”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
299 0

Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdi. O, addımını belə əsaslandırdı ki, Ermənistanda xalq və dövlət üçün hazırkı məsuliyyətli mürəkkəb dövrdə prezident institutunun heç bir səlahiyyəti yoxdur. Yəni faktiki proseslərə təsir edə bilmədiyi üçün istefa verdiyini deyir.

Bəs Armen Sarkisyan nə etmək istəyirdi və edə bilmirdi? Məncə, bu suala cavab vermədən digər məsələlərə keçmək, hadisələrin gedişini ardıcıllıqla təhlil etmək yanlış olar.

Serj Sarkisyana “hə”, Paşinyana “yox”

Ötən il Ermənistanda Paşinyana qarşı hərbi çevriliş cəhdini, yəqin ki, xatırlayırsınız. Ölkənin silahlı qüvvələrinin Baş qərargah rəisi Paşinyana qarşı qiyam qaldırmışdı. Moskvanın təlimatı və Kremlin ölkə daxildəki yandaşlarının siyasi dəstəyi ilə planlaşdırılan bu akt baş tutmadı. Bunun da bir neçə səbəbi vardı:

Birincisi, məğlub Ermənistan ordusu ona revanş vəd edən ideyanın arxasında durmadı.
İkincisi, Paşinyan xalq dəstəyindən sona kimi səmərəli istifadə etdi.
Armen Sarkisyan isə bu arada qiyamçı qrupun mənafeyindən çıxış etdi. Onun ictimai bəyanatlarında ölkənin böhranda olduğu və Paşinyanın istefaya getməli olduğu açıq ifadə olunurdu.

Armen Sarkisyan birbaşa ifadə edirdi ki, Paşinyan istefa versə, ölkədə hər şey qaydasına düşəcək. Bununla belə, siyasi müqavimət göstərən Paşinyan hərbçilərin böyük əksəriyyətindən dəstək aldı. Baş qərargah rəisinin istefaya göndərilməsi reallığa çevriləndə Armen Sarkisyan Baş nazirin təqdimatını imzalamaqdan imtina etdi. Bu, Ermənistanda siyasi proseslərə Kremlin son siyasi müdaxilə imkanı kimi görünürdü. Lakin növbədənkənar parlament seçkiləri Paşinyanın siyasi gücünü daha da artırdığı üçün Kremlin buradakı imkanları, demək olar ki, məhdudlaşdı.

Serj Sarkisyanın bütün qərarlarına “hə” demək üçün gəlmiş Armen Sarkisyan Paşinyana “yox” demək öhdəliyinin qurbanına çevrildi. Beləliklə, o, işlək siyasi iradəyə qarşı dayana bilmədi.

Köçəryan marginallaşır, islahatlara kim mane olacaq?

Paşinyan qarşıdan gələn siyasi dövr üçün konstitusiya islahatları keçirmək niyyətindədir. O, parlamentar sistemdən yarımprezident sisteminə keçmək istəyir. Üstəlik, belə bir gözlənti var ki, Ermənistan öz “Müstəqillik haqqında” Konstitusiya Aktındakı bəzi iddialardan, xüsusən də “Türkiyəyə qarşı ərazi iddiası”ndan imtina edəcək. Belə bir addımın hansı siyasi şəraitdə atılacağı, təbii ki, çox önəmlidir. Bu baxımdan iki faktoru qiymətləndirməliyik:

Birincisi, Ermənistandakı sonuncu parlament seçki göstərdi ki, Paşinyanın siyasi gücü onun digər bütün rəqiblərindın azı iki dəfə çoxdur. Bu isə ona rəqib kimi ortaya çıxmış ən güclü siyasi fiqurun Paşinyandan rəsmən iki dəfə zəif olduğunu təsdiqlədi.
Bunun ardınca Paşinyanın Kremllə də münasibətləri tarazlaşdırmağa cəhdlər etməsi fonunda Köçəryan və onu dəstəkləyən qüvvə marginallaşır. Buna təsir edən əsas amillərdən biri də məhz Rusiyanın Qarabağda davam edən işğalıdır. Yəni Ermənistanda artıq başa düşüblər ki, Rusiya Qarabağı ermənilərin vasitəsiylə özü üçün istəyirmiş. Bu isə “Böyük Ermənistan” ideyasına ümidi azaldır.

İkincisi, Armen Sarkisyanın istefa verməsiylə siyasi elitada, demək olar ki, bu məsələyə qarşı çıxacaq kimsə qalmadı. Görünən budur ki, Amerikadakı erməni lobbisi də Paşinyanı Vaşinqtonun dəstəyindən məhrum edə bilməyib. Ona görə də Kremlin və diasporanın hələlik siyasi imkanları çox aşağı görsənir…
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir