KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Hezi: Rusiyanın dişini birgə qırmalıyıq!

Seymur Hezi: Rusiyanın dişini birgə qırmalıyıq!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
346 0

Rusiya Federasiyasının ABŞ və NATO-ya təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədi təkcə azad və demokratik dünyada deyil, xüsusilə azadlıq uğrunda mübarizə aparan cəmiyyətləri narahat etməlidir.
Rusiya NATO və Birləşmiş Ştatları şantaj edir ki, Ukrayna və Gürcüstan da daxil olmaqla Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin NATO-ya üzv olmayacağına dair yazılı öhdəlik götürsün.
Belə bir siyasi planın ortaya çıxması regionda və dünyada demokratiyanın, azadlıqların və bəşəri dəyərlərin bərqərar olmasını arzulayan, Azərbaycan xalqının kənar təsir olmadan, azad və demokratik prinsiplər çərçivəsində öz müqədaratını təyin etmə hüququnun ifadədəçisi olan hər bir insanı və təşkilatı narahat etməlidir. Bu məsələdə dünya ilə sinxron addımlamaq vacibdir. Təkcə özünü qorumağa hesablanmış addımlar Rusiyanı bu ölkələri tək-tək “udmağa” şirnikləndirə bilər. İlham Əliyev hakimiyyəti və buna bənzər sistemlər onsuz da Rusiya il demokratik dünya arasında bir balans güdməkdədir və onların əsas niyyəti Kremlin qəti qələbəsinə kimi bu oyunu uzatmaqdır.
Rusiyanın dünyanı təsir dairələrinə bölmək təşəbbüsü ilk növbədə BMT-nin əsas prinsiplərindən olan “Xalqların öz müqəddaratını təyin etmə” prinsipinə və Helsinki yekun aktının “Suveren bərabərlik”, “Zor işlətməmək”, “Bir-birinin daxili işlərinə qarışmamaq”, “Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ” və “Dövlətlər arasında əməkdaşlıq” kimi əsas prinsiplərinə ziddir.
Rusiyanın bu təşəbbüsü beynəlxalq hüquqdan imtina etmək, onu yox saymaqdır. Rusiyanın müstəqil dövlətləri özünün təsir dairəsi elan etmək, onları özlərinə müttəfiqlər seçmək, siyasi idarəetmə forması seçmək azadlığından məhrum etmək cəhdi qanunsuz olmaqla yanaşı həm də bölgənin gələcəyinə dair qorxunc plandır.
Siyasi fəaliyyət fəlsəfəsinin əsası “İnsanlara hürriyət, millətlərə istiqlal” prinsipi olan hər bir fərd və təşkilat azadlıq və demokratiya uğrunda mübarizə aparanlarla bir sırada yer alaraq, Rusiyanın beynəlxalq hüquqa və prinsiplərə zidd plana etiraz etməli, bütün tərəqqipərvər dünyanın Moskvanın qorxunc planına qarşı vahid cəbhədə mübarizə aparmasına çalışmalıdır.

Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir