KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi: Rus ordusunu Azərbaycana dəvət etmək

Seymur Hezi: Rus ordusunu Azərbaycana dəvət etmək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
348 0

İlham Əliyevin Rusiya “sülhməramlı”ları barədə narazılığı onun əsas mesajını kölgədə qoydu. Dövlət başçısı üçtərəfli sazişin yerinə yetirilməsindəki əksikləri sayaraq hazırda Rusiyaya qarşı olan hamıya “mən də narazıyam, amma əlacsızam” demək istədi. Fəqət, rus ordusunu Azərbaycana dəvət etməkdə özünün oynadığı rolu unutmaq mümkün deyil və buna görə də bu qısamüddətli blefə kimsə inanmır. Təbii ki, özünü inanmaq məcburiyyətində hiss edənlərdən başqa.
İlham Əliyevin başqa mesajl isə komandanın daxilinə idi. Görünür ki, Ukrayna hadisələri rejimin birmənalı dayağı olan Kremlin nüfuzunu zəiflətdikcə bu geriləmə Bakıda da açıq hiss olunur. Postputin mərhələsininin müzakirələri artıq İlham Əliyevin sarayına qədər irəliləyib. Bu müzakirələr elə xarakterlidir ki, oradan hakimiyyət üçün heç bir müsbət nəticə çıxmır. Elə buna görə də İlham Əliyev üstüörtülü şəkildə öz əyan-əşrəfinə deyir: “Əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır”. Yəni narahat olmayın, Putindən sonra da hakimiyyəti qorumaq imkanı var. Bu bəyanatla İlham Əliyev təbii ki, Putindən sonra hakimiyyəti qorumaq niyyətini də bəyan edir. Amma əsas hədəf təbii ki, bu deyil. Onun bu açıqlamada güddüyü əsas strategiya Putinin sonu çatmamış komanda daxilində mərkəzdənqaçma prosesinin qarşısını almaqdır. O, başa düşür ki, komandası ancaq pul qazanmaq ideyası ətrafında birləşib. Hakimiyyəti qorumaq mümükün olmadıqca pulu da qorumaq çətinlışəcək. Elə buna görə də İlham Əliyev bu bəyanatla xaosa yol açacaq müzakirələrin qarşısını almaq istəyir. Ancaq bir Çin müdrikinin dediyi kimi “selin şaqqıltısı eşidiləndə günəş buz kimi olur”.

Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir