KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Hezi: Putin hakimiyyətinin ömrünü bilir

Seymur Hezi: Putin hakimiyyətinin ömrünü bilir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
230 0

O, buna görə müharibəni uzatmaq, bu məqsədlə də rusları toplayaq tədricən qırğına vermək planını işləyir

Putin müharibənin az qala bir ili tamam olanda “sürpriz” bir qərar qəbul edib. O, silahlı qüvvələrin baş qərargah rəis Valeri Gerasimovu Ukrayna müharibəsinə komandan təyin edib. Bu təyinat və təyinatın ictimaiyyətə açıqlanması Kremlin dövlət ağlında görünməyə başlayan ciddi çatışmazlıqların potologiya həddinə çatdığını göstərir. Bu prosesin Azərbaycanda xüsusilə diqqətlə izlənməsi vacibdir. Niyə? Ona görə ki, ölkəni faktiki olaraq intriqalar və böhranların idarə etdiyi Kremlin arxasınca sürüməyin hansı fəsadlara yol açacağı bəlli olsun.
“Allah ümidinə” döyüş
İndi, yəni müharibənin 9 cu ayında məlum olub ki, Rusiya Silahlı qüvvələrinin döyüş əmirləri üzrə rəsmi birinci şəxsi müharibəyə qarışmayıb. Yəni faktiki olaraq ordu rəsmi başçısının nəzarətindən kənarda döyüşüb. Bu müddət ərzində isə 50 mindən çox canlı təlafat, bunun üç qatında yaralı və itkinlərin olduğuna dair statistk məlumatlar yayılıb. Yəni elə anlaşılmamalıdır ki, başqaları öhdəsindən gəldiyi üçün Gersimov kənarda qalıb. Açıq-aşkar hiss olunur ki, Rusiya bu müharibəyə başladığı anda belə komanda daxilində ciddi parçalanma olub. İntriqaya qoşulmuş hakimiyyət klanları biri digəri üzərində qələbə qazandıqca müharibəyə də rəhbərlik dəyişib. Amma burada maraqlı olan məqam odur ki, Gerasimov bu dəfə qalib gəldiyi üçün prosesin başına gətirilməyib.
Hərbi klan vurulur?
Yeni ilin əvvəlində Donets vilayətində Rusiyanın nəzarətində olan hərbi yataqxanaya zərbələr nəticəsində müharibəyə yeni cəlb edilmiş yüzlərlə rusyalının həyatını itiridiyi xəbəri yayıldı. Ertəsi gün belə məlum oldu ki, Baş Qərargah və xüsusi xidmət orqanları arasında ciddi bir qarşıdurma var. Hətta Putinin hüzurunda ölənlərin sayının azaldılması iddiası ilə qarşılıqlı söyüşmənin olduğu xəbərləri də yayıldı. Bu xəbərdə iki mühüm yük var idi. Birincisi Putin artıq Komandanın daxilində əvvəlki avtoritetə sahib deyil, onun hüzurunda mübahisə hətta söyüş də olur. İkincisi Baş Qərargah itkilərin sayını az göstərməklə Putini spekuliyasiya etmək istəyib. Nəhayət, kəşfiyyat orqanları əllərindıki daha dəqiq rəqəmlə hərbi qanadı ifşa etmək fürəsti əldə ediblər. Bununla da Gersimov artıq Putinin qərarlarına müqavimət imkanlarını itirib. Beləliklə, artıq çox böyük ehtimalla sonunda qələbə olmayan bir savaşa Gerasimovu rəhbər “təyin ediblər”. Bu “təyinatın” ictimaiyyətə açıqlanmasının səbəbi isə qaçılmaz məğlubiyyətin günah keçisini cəmiyyətə təqdim etməkdir. Bundan sonra mobilizasiyanı bir qədər də gücləndirməyə cəhd etmək əslində xalq arasında bu müharibəyə nifərti artırmaqdan başqa heç nəyə xidmət etməyəcək. Amma bu artıq Putinin vecinə deyil. O bu müharibənin tezliklə bitməsini istəmir. Ona görə ki, onun hakimiyyətinin ehtimal olunan ömrü bu müharibə ilə aşağa yuxarı eynidir. Üstəlik. Putin artıq rəsmi “günahkar”ı da tapıb. Bu məsələdə ölkənin kəşfiyyat orqanlarının xüsusi marağı isə Putinsonrası dövürdə hakimiyyəti ələ keçirmək və bu yolda onlara mane ola biləcək hərbi qanadı Putinin əli ilə məhv etməkdir.
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir