Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Dəməşqə doğru irəliləyəndə biz fikrimizi belə bölüşmüşdük: “Suriyada proses uğurla başa çatsa;
1. Türkiyə Avropanı Rusiya qaz şantajından çıxarmış olacaq- Qətər qazı Suriya üzərindən Avropaya çıxacaq və Kremlin bazarı öləcək
2. Türkiyə köçkün məsələsini böyük ölçüdə həll etmiş olacaq.
3. Aralıq dənizindəki Rusiya hakimiyyəti bitəcək.
4. Rusiyanın Qara Dənizlə quru sərhəddinin kəsilməsi istiqamətindəki planlar işə düçəcək.
5. Ən əsası NATO Avrasiyada yenidən mövqelənmək üçün ciddi stimul əldə edəcək.
6. İsrail və Türkiyə bu prosesi uğurla bitirsələr, Fələstin məsələsində yeni bir mərhələ başlaya bilər.
Bu fikirlərin arxasında dayanan məntiq- Ərdoğanın NATO baş katibi ilə görüşündən sonra Türkiyə bu əməliyyatı başladı. Regiondakı proksi qüvvələrin sıradan çıxması prosesinə təkcə İsrailə qarşı olanlar deyil, Türkiyəyə qarşı olanlar da əlavə olunacaq və bununla da bölgədə Rusiya-İran qaynaqlı siyasət süqut eləmiş olacaq.”
Bunu xatırlatmaqda məqsəd heç də “dedik, oldu” kimi bir qəflətə qapılmaq deyil. Şərtlər başqa cür ola, proseslər istəmədiyimiz istiqamətə gedə bilərdi. Necə ki, bu proses başlayanda Qərbin Rusiya ilə daha yaxından “işləyən” hissəsinin “əməy”i nəticəsində yarımçıq qaldı. Ancaq ikinci cəhd olduqca uğurlu oldu. Bir çox baxımdan.
Colani əvvəlcə xanımı ilə bir görüntü verdi. Özünün duruşu bir tərəfə, xanım Benazir Buhuttonu xatırladırdı. Başına milyonlarla pul qoyulan adam Qərb diplomatları ilə, nümayəndə heyətləri ilə bölgənin gələcəyini müzakirə edir. Hakan Fidanla yanaşı addımlayarkən isə demokratik dünyaya açıq mesajını verdi: Suriya nə Əsədin Suriyası nə də Talibanın Əfqanistanı olmayacaq. Bundan əvvəl nazir Fidanın Suriyaya dair açıqlamasında qadın haqlarını xüsusi vurğulaması isə çox şey deyirdi.
Bu gərgin PROSESin ilk on günündə Türkiyədə olmaq, həmən-həmən bütün siyasi çevrələrin təmsilçiləri ilə ya rəsmi, ya da işgüzar görüşlərdə olmaq demək olar ki, xüsusi bir imkan idi. Hadisələrin gedişatı göstərir ki, Türkiyə bölgənin xüsusi gücünə çevrilməkdədir. Türkiyəni belə bir gücə çevirən ən ciddi faktor Suriya işində ortaya çıxdı. Söhbət nədən gedir? Türkiyə son dövrlərdə Rusiya ilə müxtəlif münasibətlərə görə tənqid olunub. Əslində bu münasibətlər onun gücünə güc də qatmayıb. Fəqət, despot Əsədə üzərindəki qələbə Türkiyənin bütün dünyadakı imicinə ciddi təsir edib. Yaxından baxanda, əslində uzaqdan da diqqətli baxanda, Hakan Fidanın qlobalobalist mərkəzçi bir oyunçu olduğunu görməmək mümkün deyil. Türkiyənin belə ciddi və həssas on günündə paytaxt Ankarada olmaq çox ciddi təcrübə idi. Hələlik, bu qədər.
Seymur Hezi
Seymur Hezi: On gün TÜRKİYƏdə
52 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.