KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Seymur Hezi: Gürcüstanda yeni etirazlar-Tibilisi yönünü dəyişə biləcəkmi?

Seymur Hezi: Gürcüstanda yeni etirazlar-Tibilisi yönünü dəyişə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
190 0

Gürcüstan parlamentində birinci oxunuşdan keçən “Xarici agentlər haqqında” (oxu QHT lər haqqında) qanun böyük etirazlara yol açdı. 7 mart gündüz saatlarından başlayan etiraz aksiyası səhər saatlarına kimi davam etdi. Siyasi müxalifətin də dəstəkverdiyi aksiyalarda polis gözyaşardıcı qazdan istifadə edətək toplaşanları dağıtmağa cəhdlər etdi. Bundan sonra kütləni dağıtmaq üçşün xüsusi təyinatlı polis bölmələri meydana gətirildi və etirazçılar parlamentin yerləşdiyi Rustavelli prospektindən alt küçələrə sıxışdırıldılar.

Gecə yarısı NyuYorkda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili xalqa müraciət edərək aksiyaçıların mövqeyini müdafiə etdi. Onun bəyanatından sonra hökumət qüvvələri etirazçılara qarşı aqressiyanı bir qədər də artırdılar.

Qanun layihəsində nə var?

Qısaca deyə bilərik ki, bu qanun Rusiyadalı analoji qanun layihəsinin təkrarıdır və xarici donorlardan maliyyələşən QHT-lər üzərində sərt nəzarəti həyata keçirmək məqsədi daşıyır. AB ilə assosasiya sazişi imzalayan Gürcüstanın belə bir qanunu qəbul etməsi bu ölkənin üzünü Qərbdən Moskvaya çevridiyi kimi şərh edilir. Prezident Zurabişvili də çıxışında bu məsələni qeyd edərək bu qanuna səs verən hər kəsi konstitusiyanı pozmaqda günahlandırıb. Çünki Avroatlantik məkana inteqrasiya Gürcüstanda konstitusiyanın 11-ci maddəsində referendum yolu ilə təsbit edilərək bəyan edilib.

Hakimiyyət bölgüsü işə yaradı

Əlbəttə, prezidentin vetosundan sonra qanun layihəsi bir daha məclsin təsdiqindən keçərsə, parlament sədrinin onu təsdiq etmək hüququ var. Amma burada hakimiyyət bölgüsünün əsas rolu ictimai tarazlığıl bərpa edə bilməzi və müqavimətin siyasi müstəvidən çıxmasının qarşısını almasıdır. Üstəlik xalqla hakimiyyət qollarının arasındakı bağın tamamən itməsinə imkan verməməkdir.

Etirazlar davam edəcək

Gecə saatlarında “Politfm”in aksiyaçılardan əldə etdiyi məlumata görə etirazlar bu gün gündüez 16-dan başlayaraq yünidən davam edəcək. Bununla da hesab etmək olar ki, uzun zamandır Qərblə dialoq halında olub, Kremlin orbitindən çıxa bilməyən hökumətə qarşı yeni etiraz bdalğası başlamış oldu. Bu aksiyaların Gürcüstanda yeni bir hərəkat doğurub doğurmayacağını isə zaman göstərəcək. Ötən sorğu anketləri isə onu göstərirdi ki, 50 faizdən artıq bir kəsim Gürcüstanda yeni siyasi qüvvə görmək istəyir.
Seymur Hezi
Politfm.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir