Warning: file_put_contents(/home/vgnkafka/public_html/wp-content/advanced-cache.php): failed to open stream: Disk quota exceeded in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php on line 738

Warning: file_put_contents(/home/vgnkafka/public_html/wp-content/advanced-cache.php): failed to open stream: Disk quota exceeded in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/fallback_cache.class.php on line 116

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 547

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 548

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 549

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 605

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 606

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 607

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 608

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 609

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 610

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 611

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 612
Seymur Hezi: COP ilinin tozanağı, yaxud , Əliyev niyə “dayanmır”? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi: COP ilinin tozanağı, yaxud , Əliyev niyə “dayanmır”?

Seymur Hezi: COP ilinin tozanağı, yaxud , Əliyev niyə “dayanmır”?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
21 0

Hökumət qətiyyən hansısa beynəlxalq tədbir keçirməyə hazırlaşana oxşamır. Əksinə, elə bir vəziyyət yaradır ki, əgər bu tədbir baş tutsa, dünya birliyinin özünə hörməti azalacaq ki, bu da avtoritar düşərgənin böyük uğuru olacaq. Niyə azalacaq? Ona görə ki, Azərbaycan hökuməti faktiki olaraq heç bir beynəlxalq öhdəliyi yerinə yetirmir. Vətəndaş cəmiyyətini, medianı və siyasi müxalifəti repressiya altında saxlayır. Üstəlik, bu repressiyanı da durmadan gücləndirir, xalqa və ictimai fəallara doğru genişləndirir. Bunun qarşılığında isə demokratik dünyanın bəyanatlarının ya tonu öləziyir, ya da ölkədə qopan qışqırığın fonunda öləzimiş duyulur. Bu şəraitdə Azərbaycandakı tədbirə qatılmış heç bir demokratik lider ya da hökumət təmsilçisi bu dəyərin həqiqi daşıyıcısı və ya müdafiəçisi kimi qala bilmir. Bir sözlə COP-29 demokratik dünya üçün bir mənəvi-siyasi imtahandır. Əlbəttə ki, özləri və dəyərləri qarşısında. Bu ehtimal olunan demoralizasiyadan xilas üçün mümkün görünən iki variant var. Ya insan haqları məsələsini həll etmək, ya da bu tədbirdə iştirakı yenidən gözdən keçirmək.

Əliyevin yolunu gedin!

Əslində demokratik dünya da öz dəyərlərinə avtoritar rejimlər kimi sadiq olsa, pis olmaz. Bir sözlə onlar da öz yolları ilə məhz, Əliyevin öz yolu ilə getdiyi kimi getməyi bacarmalıdırlar. Necə ki, Azərbaycan hökuməti həbsi, işgəncəni, şərləməni, meydan qapatmağı bir yol kimi tərk etmir, o zaman demokratik dünya da öz dəyərlərinə sadiq qalmalıdır. Bu məqamda bir misal çəkməmək olmur. Karib böhranı haqqında danışarkən mərhum ABŞ prezidenti Kennedi deyirdi ki, biz SSRİ ilə uzun müddət göz-gözə baxdıq və nəhayətdə onlar gözlərini birinci qırpdılar. Bəli, bu həm də əsəb müharibəsidir. Bir- iki adamın daha həbs edilməsi, bir – iki adamın daha azadlğa buraxılması heç kimi nə qorxutmamalı, nə də “hakimiyyət yumşaldı” fikrinə salmamaldır.

Əli Kərimli ilə nə etməli?

Əslində burada maraqlı bir məqam var. Hakimiyyət niyə Kərimliyə qarşı məhkəmə prosesini təxirə saldı? Bu suala cavab vermək qədər, bu məhkəmə hoqqasını izah etmək də çətindir. Çünki iddia olduqca boş, əsassızdır. Elə isə bu nəyə lazımdır? Bu məsələyə biz son zamanlar baş verən bir çox hadisə ilə kompleks baxmaq məcburiyyətindəyik. Məlum məhkəmə skandalından əvvəl və sonra baş verən hadisələr, həbslər, hökumət mediasındakı yazılar, Türkiyə ilə, Rusiya ilə münasibətlər, Özbəkistandan yeni Türkiyə “düzəltmək” cəhdləri onu göstərir ki, hakimiyyət hansısa qeyri-populyar addıma hazırlaşır və cəmiyyəti bu addıma reaksiyadan kənarda saxlamaq üçün izolyasiya etmək istəyir. Buna görə də ortada olan yeganə fəal siyasi qrupun rəhbərini hədəfə almaqla topluma mərkəzdən siqnal ötürür. Kərimlini həbs edə bilərlərmi? Bu əlbəttə, mümkündü, amma hökumət bu həbsdən nə qazanacaq? Bu sualın cavabını biz həmin qeyri – populyar addımın nə olduğunu biləndə öyrənəcəyik. İndilikdə isə məsələ hamı üçün açıq qalır- sizcə, hökumət hansısa müharibəyə və ya hərbi əməliyyata hazırlaşa bilərmi?

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir


Fatal error: Uncaught wfWAFStorageFileException: Unable to save temporary file for atomic writing. in /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php:34 Stack trace: #0 /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php(658): wfWAFStorageFile::atomicFilePutContents('/home/vgnkafka/...', '<?php exit('Acc...') #1 [internal function]: wfWAFStorageFile->saveConfig('livewaf') #2 {main} thrown in /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php on line 34