Azərbaycan və Türkiyə arasında “Sürix protokolları” və “bayraq krizi” günlərində ortaya bir gerçəklik çıxmışdı. İlham Əliyevin o zamanki sözçüsü Əli Həsənov demişdi ki, Türkiyəni təkcə bir türk dövləti kimi təqdim etmək səhvdir, Türkiyə həm də bir NATO ölkəsidir və bu kontekstdə bizimlə rəqibdir. Bu yanaşma Həsənovun şəxsi yanaşması deyildi. Üstəlik, “Wikileaks” sənədlərində də ortaya çıxmışdı ki, İlham Əliyev Türkiyə haqqında elə də yaxşı fikirdə deyil.
Uzun zaman sonra Azərbaycanın rəsmi qəzetində Türkiyəni hədəfə alan yazıların “işıq üzü görməsi” əslində elə də sürpriz olmadı.
Kremlin “Sürix protokolları” prosesində Azərbaycanın məmurlarından Türkiyəyə qarşı necə istifadə etdiyi o zaman da sirr deyildi. Bu günlərdə isə bir daha aydın oldu ki, Kreml Azərbaycanı Ankara ilə üz-üzə qoymaqdadır. Əlbəttə, burada Ankaranın da ciddi yanlışlıqları var, amma heç bir üçüncü qüvvə Türkiyə və Azərbaycan münasibətlərində faktora çevrilməməlidir.
Özünü Türkiyə prezidentinin müşaviri kimi təqdim edən bir Azərbaycan əsilli xanım isə elə başa düşür ki, Azərbaycan SOCAR-dı. Azərbaycan neft ölkəsidir, amma neft şirkəti deyil, onun puldan da, neftdən də üstün maraqları və dəyərləri var. Bunun başında da Azərbaycan və Türkiyə arasında həqiqi, real dostluq-qardaşlıq durur. Bu iki xalq bir birinə daima dəstək verib, verəcək. Çanaqqalada canını vermiş 5 min Azərbaycan oğlu, Bakı uğrunda canından keçmiş minlərlə Anadolu övladı bunu kimsənin kimsəyə minnət borcu yaransın deyə etməyiblər, qardaşa kömək lazım olub, Əhməd Cavad dili ilə desək, onlar da QARDAŞ KÖMƏYİ ediblər.
- Anasayfa
- »
- Azerbaycan
- »
- Seymur Hezi: Azərbaycan və Türkiyə arasında minnət davası yolverilməzdir
Seymur Hezi: Azərbaycan və Türkiyə arasında minnət davası yolverilməzdir
35 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.