KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi: Azərbaycan hökuməti Rusiyadan necə “üz döndərdi?”

Seymur Hezi: Azərbaycan hökuməti Rusiyadan necə “üz döndərdi?”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
27 0

Azərbaycan hökumətinin, konkret olaraq İlham Əliyevin antirusiya ritorikası bir çoxlarında belə fikir yaratdı ki, bir müsibət min nəsihətə əvəz ola bilib. Hakimiyyət təyyarəmizin vurulmasından, daha sonra ona eniş imkanı verilməməsindən, onlarla insanın faciəli ölümə göndərilməsindən başa düşüb ki, Rusiya ilə yaxın olmaq onu heç nədən sığortalamır. Əslində, bu hakimiyyətin belə hadisələrə istinad nöqtəsi kimi baxması, siysətini milli maraqlar zəminində qurmasına inansaq, onda gərək özümüzə sual verək ki, 20 yanvar və Xocalı qətliamları bəs etmirdimi? Elə buna görə də bu sətirlərin müəllifi ilk gündən belə bir siyasətin , Azərbaycan hökumətinin Rusiyadan üz çevirməsi ehtimalının az olduğunu, hətta olmadığını dilə gətirmişdi. Bizi isə başqa suallar düşündürür. Məsələn, bu ritorikanı müşaiət edən addımlar nədən ibarət oldu? Belə sərt danışığın ardınca hansı qərarlar qəbul edildi, hansı siyasət yürüdüldü? Baxaq.

1. Azərbaycan hakimiyyəti verdiyi bəyanatın əksinə olaraq təhlükənin hələ də sovuşmadığı Rusiya ərazilərinə uçuşları saxlamadı. Daha bir təyyarəmiz qəza riskinə düşdü. Sonra məlum oldu ki, əvvəlki təyyarə vurulmadan öncə başqa bir mülki təyyarə də qəza riski ilə üzləşib. Yəni birinci qəza riski ikinci uçuşun, təyyarənin vurulması isə üçüncü uçuşun qarşısını almayıb. Deməli, nəsihət kar etmədiyi kimi müsibət də kar etməyib.
2. İlham Əliyev sərancam verib, Rusiya vətəndaşlarının ölkədə 90 gündən artıq qalmasını məhdudlaşdırıb. Bu qərar Rusiyanın xeyrinədir, ya ziyanına? Rusiya onsuz da müharibəyə görə insan resursları problemi ilə üz-üzədir. Azərbaycandan gedib, Rusiya vətəndaşlığı alanlar kimlərdir? İş qabiliyyəti olanlar, yəni müharibəyə yarayanlar. Deməli, bu əhalini Azərbaycanda çox qalmaması elə Moskvaya faydalıdır. Azərbaycan hökumətinə faydası nədir? Bəli, uzun zamandır biz yazıb, danışıb, xəbərdar edirik ki, müharibədə iştirak etmək istəməyən və bundan əziyyət çəkən xeyli azərbaycanlı ölkəyə qayıtmaq istəyir, quru sərhədləri bağlayan hökumət isə bunun faizini olduqca azaldıb. Çünki bu insanların ölkəyə gəlməsini istəmir. Onları sosial problemi olan aktiv təbəqə kimi, yəni başağrısı kimi görür. Bu qərarla da hökumət Rusiyaya heç nə etmədi, əksinə onlara da özlərinə də faydalı olacaq qərar verdi. Ziyan kimə dəydi, çörək didərginlərinə.,sadə insanlara.
3. Azərbaycan hökumət Gürcüstanda baş verən siyasi proseslərdə durmadan, nəfəs dərmədən Rusiyanın maraqlarına uyğun propaqanda aparır. Qərbi və onun institutlarını vurur., demokratik müxalifəti gözdən salır. Niyə? Axı məntiq onu deyir ki, Bakı Moskva ilə qarşıdurmaya gedirsə, Qərblə heç olmazsa, ABŞ-la münasibətləri yumşaltmalıdır. Bunu isə etmir. Deməli, əvvəlki siyasi kurs yerindədir.
4. “Zəngəzur koridoru” ritorikası yenidən dirilir. Axı hakimiyyətin dili olan bir deputat açıq demişdi ki, biz Zəngəzuru alıb, ruslara verməliyik. Yəni heç gizlətməmişdilər ki, bu plan nə planıdır. O zaman yenidən bu söhbəti qaldırmağın mənası nədir? Bir halda ki, Rusiyadan üz döndərən bir siyasi kurs seçilib. Üstəlik, burada aydın görünmürmü ki, “Zəngəzur məsələsi” məhz ona xidmət edir ki, Rusiyanı Qərblə daha bir təmas xəttinə yerləşdirməklə hakimiyyətə qarşı bütün demokratik təhdidlərin yolu bağlansın? Məgər çox çətindirmi ki, bunun həm də Türkiyə ilə olan yeganə quru yolunun kəsilməsi olduğunu dərk edəsən və Türkiyənin, bütövlükdə Qərbin Orta Asiya ilə yolunu bağlamaq və Rusiyaya vermək olduğunu görəsən?
Hələlik bu qədər. Növbəti yazıda isə içərisində olduğumuz proseslərin daha ciddi risklərindən yazmağa çalışacağıq. İndilikdə hər kəs bu məsələlərlə bağlı yazıb, danışarkən iki dəfə düşünməldir. Çünki bu ölkə taleyi məsələsidir. Siyasətdə isə eksperement yolverilməzdir.
Seymur Hezi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir