KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Seymur Hezi: Əliyevlər Türkiyəni və Azərbaycanı dəstəkləmədi

Seymur Hezi: Əliyevlər Türkiyəni və Azərbaycanı dəstəkləmədi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
226 0

Qarabağ ətrafında yaranmış yeni vəziyyət Ermənistan və Azərbaycan hakimiyyətinin Kreml ətrafında siyasi peyk olmaq istəklərindən doğur.
Azərbaycan hökuməti dövlətin, millətin haqlı davasında bizi haqsız duruma salır. Qarabağ işi Rusiyanın paralel maraqları ilə yanaşı aparıla bilməz. Rusiya bölgədən gedəsidir. Bunun geci tezi var. Buna görə də bir balaca uzağı düşünmək lazımdır. Rusiyanın Cənubi Qafqaz üçün dirənəcəyi yaxın 1, 5 ili deyil, ondan bir il sonranı. Rusiya buraya ekstrimal qaydada gəlib və şübhəsiz Azərbaycanı eyni şəkildə tərk edəcək. Bu zaman vəziyyət necə olacaq? Kim hara üz tutacaq? Bunları düşünmək lazımdır. Azərbaycanı bundan sonra böyük Rusiya ilə düşünənlərin hamısı məğlubiyyətə məhkumdurlar. Çünki o Rusiya olmayacaq. Hakimiyyət isə indidən yeni dünya ilə savaşmağa girişmişib.
1. Azərbaycanın faktiki və rəsmi hərbi müttəfiqi NATO üzvü Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirib ki, Rusiya 2025-ci ildə Azərbaycan ərazilərindən çıxmalıdır. Onun bu açıqlamasına rəsmi Bakıdan gələn cavab nə oldu? Qulaq batıran bir susqunluq. Niyə?
2. Türkiyənin yeni XİN rəhbəri Hakan Fidan açıqlanan yeni Qafqaz siyasətində Ermənistan və Azərbaycan arasında süıhün əhəmiyyətini vurğulayan, Ermənistanla münasibətləri yaxşılaşdırmağa üstünlük verən xəttin əsas olacağını elan edib. Bu siyasət bizim bölgəmizdə uzun zamandır gözlənilən siyadətdir. Bunun qarşılığında Azərbaycan hakimiyyətinin yalnız Rusiyanın regional imperialist maraqlatına xidmət edən siyasət yürütməsi təkcə təəssüf hissi doğurmur, həm də gələcəyə yönəlik acı nəticələrə yol açır. Risk budur ki, Rusiya Azərbaycan hakimiyyətinin də susqun razılığı ilə Ukrayna mühariəsindən sonra Azərbaycandan çıxmaq istəməz. Bu isə daha neçə on il bölgə üçün təhdid deməkdir. Türkiyənin region üçün sülh siyasətini daha köklü aparmasə üçün ciddi zəmin yaransa da Azərbaycan hökuməti xırda maraqlar naminə bu siyasətə dəstək vermir.
Seymur Hezi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir