KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Seymur Haji: Nə istəyir Britaniya? Moskva ilə Londonun toqquşan mənafeləri barədə

Seymur Haji: Nə istəyir Britaniya? Moskva ilə Londonun toqquşan mənafeləri barədə

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
289 0

Ukrayna ətrafında gərginləşən vəziyyəti təhlil edərkən bir sıra mühüm ştrixlər diqqəti cəlb edir. Biz Qərb-Rusiya qarşıdurması fonunda təhlillər apararkən məsələni çox ümumiləşdirmiş oluruq. Bəzi oyunçular var ki, onları ayrıca təhlil etmək vacibdir. Diqqətli oxucu da razılaşar ki, son dövrlər regiondakı siyasi proseslərdə Almaniya ilə Britaniyanın iştirakını eyni qiymətləndirmək düzgün olmazdı. Biz, əlbəttə, təhlilə bir qədər geridən də başlaya bilərik.

Britaniya 44 günlük müharibə zamanı

2020-ci ilin 27 sentyabrından başlayan Vətən Müharibəsi Cənubi Qafqazda maraqlı vəziyyət yaratmaqdaydı. Fransanın beynəlxalq birliyin mühüm qərarlarına məhəl qoymadan Ermənistana açıq dəstək verməsi fonunda Almaniya susqunluğunu qorumağa çalışırdı. Əslində isə müharibənin ilk günlərində Almaniya xarici işlər naziri Azərbaycanı tənqid edən bir açıqlama vermişdi. Daha sonra hökumət bəyan etdi ki, bu bəyanat nazirin şəxsi fikridir və hökumətin mövqeyini əks etdirmir. Bu minvalla, biz Almaniyanın mövqeyini susqunluq kimi qiymətləndirməyə üstünlük veririk. Avropanın başqa bir nəhəng ölkəsi isə Azərbaycan ictimaiyyətini təəccübləndirdi. Əslində, tarixi yaxşı bilənlər üçün burada heç bir sürpriz yox idi. Söhbət İngiltərənin Qarabağ müharibəsi kontekstində Türkiyəyə dəstək ifadə etməsindən gedir. Bunun ardınca isə Fransa və Rusiyanın Azərbaycan əleyhinə birgə hazırladıqları qətnamə BMT Təhlükəsizlik Şurasında Britaniya tərəfindən veto edilincə suallar artmağa başladı. Nə baş verir? Avropa nəhənglərini üz-üzə qoyan mətləb nədir?

Britaniya Rusiyanı təhlükə sayır

Yaxın tariximizdə ilk dəfə bir Avropa dövləti başqa bir Avropa dövlətini özünə təhdid elan etdi. Söhbət Rusiyanın Britaniyada qara siyahıya düşməsindən gedir. Rəsmi London öz təhlükəsizlik doktrinasını yenilədi və Rusiyanı özünün təhlükəsizliyinə, ali mənafelərinə təhdid kimi qiymətləndirdi. Bunun ardınca Ukrayna ətrafında başlayan gərginlik yeni bir istiqamət götürüncə Rusiyaya qarşı görünən üç mühüm xətt diqqəti cəlb etdi. Nisbətən loyal, Kremllə qarşıdurmanı arzulamayan, hətta onun ABŞ qarşısında tam zəifləməsini istəməyən Almaniya və Fransa, Kremllə danışıq yolu ilə məsələni həll etmək istəyən, mümkün olmasa prosesin hərbi müstəviyə keçəcəyinə ehtiyatla hazırlaşan ABŞ və nəhayət, hamını Rusiyaya qarşı daha prinsipial birləşməyə vadar edirmiş kimi görünən, bu prosesin ən öncülü təsirini bağışlayan Böyük Britaniya.

Britaniya nə istəyir?

Əlbəttə, bizi düşündürən əsas suallardan biri də odur ki, bu addımları atmaq Britaniya üçün hansı zərurətdən doğur? Ukraynaya aşkar silah yardımı etməsi, Estoniyadakı hərbçilərinin sayını iki dəfə artırması nə üçün lazımdır? Əlbəttə, bu sualların cavabını biz cari proseslərdən tam tapa bilmərik. Söhbət həm də bu bölgədə, Rusiyanın genişlənməsi tarixini nəzərdən keçirməkdən gedir. Britaniyanın əsas müttəfiqləri olan Səfəvi və Qacar xanədanı devrildikdən sonra Rusiyanın bölgədəki hegemoniyası Britaniya üçün arzuolunan deyil. Bu gün də Cənubi Qafqazın üç ölkəsi ilə Avropa nəhənglərinin müttəfiqliyi maraqlı proporsionallıq daşıyır. Almaniya daha çox Gürcüstanla, Fransa Ermənistanla, Britaniya isə Azərbaycanla bağlı məsələlərdə həssaslıq göstərir. Belə olan halda, Britaniyanın Rusiyaya niyə qəzəbli olduğunun bir əsas səbəbini görəcəyik. Gürcüstan demokratiyaya qovuşub və onun Rusiyaya münasibəti elə Almaniyanın münasibəti kimidir. Ermənistan necə? Fransadan fərqli yaxınlıqdadırmı Rusiyaya? Xeyr. Gah Kremllə birlikdə, gah da ayrı. Azərbaycan barədə biz eyni şeyi deyə bilərikmi? Xeyr. Açıq görünür ki, Böyük Britaniya Azərbaycana müharibədə verdiyi dəstəyin siyasi nəticələrindən razı deyil. Rusiyanın Azərbaycana daxil olması ilk növbədə məhz Britaniyanın qəzəbinə səbəb olub. Bu baxımdan, Ukrayna Britaniya üçün nə qədər vacib bir ölkədirsə, bizim üçün də o qədər vacib ölkədir.

Seymur Haji

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir