KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Həzi: Əliyev Ərdoğanla qaz anlaşmazlığında

Seymur Həzi: Əliyev Ərdoğanla qaz anlaşmazlığında

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
237 0

On ildir davam edən danışıqlar və yaxınlaşmalar niyə nəticə vermir?

Azərbaycan və Türkiyə hökumətləri arasında bir soyuqluğun olduğu getdikcə daha qabarıq görsənməkdədir. Hələ 2022-ci ilin 26 noyabrında İlham Əliyev ADA universitetindəki bir tədbirdə Türkiyə ilə razılaşmalarda problem olduğunu dilə gətirmişdi:“İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcək”. Bu açıqlama İlham Əliyevin Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi enerji qovşağı layihəsinə razı olmadığı, Türkiyənin isə İlham Əliyevin təklifinə soyuq yanaşdığını ortaya qoyur.

Türkiyənin də təklifi var

Türkiyə bu məsələdə nə düşünür? Çox keçmir “Türkiyə Azərbaycanın qaz qovşağının yaradılması layihəsində iştirakına ümid edir” başlıqılı açıqlama yayılır. Dekabırın 6 da Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24” telekanalına açıqlamasında danışarkən həm də “Qovşağın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qaz satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də satışı baxımından bizə dəstək verən ölkələr var. Azərbaycan mənbə ölkə kimi layihədə iştirak etsə, şad olarıq” deyir. Bəli, bəs Azərbaycan rəhbərliyi bu məsələdə razılaşmamaqda nə vaxtdan qərarlıdır? Tarixə baxaq: 2010-cu ilin dekabrnda məhşur ”Wikileaks” saytı Azərbaycanın o vaxtkı və bu vaxtkı rəhbəri İlham Əliyevin ABŞ diplomatı Villiam Börnslə (William Burns) söhbətinə istinadən yazırdı ki, Azərbaycan Türkiyənin regionun enerji mərkəzinə çevrilməsini istəmir.

Türkmənistan zirvəsi

Qayıdaq müasir tarixə. İlham Əliyevlə Ərdoğanın 2022-ci ilin 14 dekabrında Türkmənistanda keçirdikləri görüş də məhz qaz razılaşmasını əldə etmək üçün idi. Sonradan məlum oldu ki, bu görüşdə heç bir razılaşma əldə edilməyib.

Şəxsi münasibətlər kömək etmədi

Türkiyə və Azərbaycan rəhbərlərinin şəxsi zəmində münasinbətlərinin bu qədər yaxşılaşmasına baxmayaraq, görünür, Ərdoğan İlham Əliyevi razı sala bilməyib. Bu günlərdə isə Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan deputat bildirib ki, Türkiyə Azərbaycana mili və dini qardaşlıq motivlərinə görə deyil, öz mənafelərinə görə dəstək verib. Proqnozlaşdırmaq olar ki, İlham Əliyev Ərdoğanla ziddiyyətin yaxın zamanlada üzə çıxacağını planlaşdırır və buna görə də ictimai rəyi indidən belə bir qarşıdurmaya hazırlayaraq Ərdoğanın, dolayısıyla da Türkiyənin “öz çıxarlarına görə Azərbaycama yardım etməsi” tezisini yayaraq Ərdoğanən ictimai rəydəki nüfuzunu hədəfə alır.

Əslindı isə biz şəxslər və maraqlar üzərində qurulan bu siyasətin zaman-zaman Türkiyə və Azərbaycan rasında süni gərginliyə səbəb olduğunu vaxtaşırı vurğulayırıq. Türkiyə və Azərbaycan münasibətləri şəxslər və ideolojilər üstü bir münasibətdir və belə də qalmalıdır.

Seymur Həzi

 Əliyev Ərdoğanla qaz anlaşmazlığında

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir