Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə qəfil səfəri diqqəti cəlb etməyə bilməzdi. Onun Ukrayna lideri Volodimir Zelenski ilə görüşünün video və foto görüntüləri deməyə əsas verir ki, Conson Kiyevdə özünü çox rahat hiss edirdi. Üstəlik, durduğu yerlə kifayətlənmək istəməyən bir əhavlı da vardı. Əlbəttə ki, Britaniya kimi dərin ənənələri olan bir ölkənin mühafizəkar siyasi cərəyanının lideri davranışları ilə verdiyi mesajın daha aydın başa düşülməsini istəyir. Elə buna görə də, onun Putinə ünvanladığı mesaj hazırda əsas müzakirə mövzusudur. Consonun nə dediyi bir tərəfə, nə demək istədiyi barədə müzakirələr qızğınlaşır. Görünür ki, bu mesaj hələ çox müzakirə olunacaq. Yəqin ki, özünün əməli təsdiqini tapana kimi. Conson deyir. “ Pyotr və Aleksandr dövrü bitdi. Biz Rusiya dövlətçiliyi ilə deyil, Rusiya imperializmi ilə mübarizə aparırıq”. Bizim şərhimizdə bu cümlə 3 mühüm mesaj ötürür.
Dənizlər iddiasına son
Hazırda bir çox beyin mərkəzlərini düşündürən ciddi suallardan birinə bu mesajda cavab var. “Pyotr dövrü bitdi”. Yəni dənizlərə iddia etməyə son qoymaq lazımdır. Bu iddiaya yeni dünyada heç bir yer yoxdur. Bu günlərdə Putininin azsaylı tərəfdarları yürüş edərkən “Konstontinopol-rus şəhəri” şüarı səsləndirirdilər. Bu əslində Pyoturun dənizlərə hakim olmaq iddiası və vəsiyyətinin xortlaq vermiş qalıqlarıdır. İstanbul həm də Provaslav təriqətinin əsas kilsəsini özündə barındıran şəhər kimi Pyoturun hədəfində idi. Rusiyanın Türkiyə ilə müharibələr və yaxınlaşmalar tarixində bütün oyunlar məhz İstanbulun üzərində qurulub, ya da qurulmaqdaydı. Boğazlara nəzarət Rusiya üçün əbədi arzu və strategiya olduqca, bu Britaniya üçün daimi təhdid rolunu oynayıb. Conson Pyotr dövrü bitdi deməklə, dənizlərin birmənalı hakimi roluna özünün yenidən qayıtdığını elan edib.
Torpaq qəsbkarlığı bitdi
Conson Aleksandırı ona görə xatırlayır ki, o, ən çox torpaq tutan rus çarıdır. Kırımın işğalını 1856 cı ilde Paris sazişi ilə rəsmiləşdirmiş çardır. Ruslar üçün Aleksandır çox ciddi islahatçı həm də hegomon obrazındadır. Conson açıq şəkildə deyir ki, heç bir hegomoniya və qəsbkarlıq olmayacaq. Zamanında Britaniyanın bölgədəki ən ciddi müttəfiqi olan Səfəvi və Qacar xanədanlarının zəifləməsindən istifadə edib, bölgəni öz caynağına almış Rusiya imperializmi bitəcək. Yəni bu mesaj təkcə Ukrayna ilə bağlı deyil, daha geniş coğrafiya ilə bağlı deyilmiş fikirdir.
Rusiya üçün plan nədir?
Conson deyir ki, Rusiya dövlətçiliyi ilə yox imperialimzi ilə mübarizə aparırırq. Yəni, ruslar üçün bir dövlət olacaq, amma onlar daha başqa millətlər üzərində ağalıq edə bilməyəcəklər. Təbii ki, söhbət Rusiyanı mütləq monoetnik coğrafiyaya sıxışdırmaqdan və sığışdırmaqdan getmir. Söhbət Rusiyanın artıq böyük federativ inzibati məkan olmayacağından gedir. Bu isə o deməkdir ki, Rusiyanın bütün qonşuları öz sərhədlərində yüni dövlətlər və ya icmalarla yaşamaq üçün hazırlaşmaldırlar.
Seymur Hezi