KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seyid Abdulla oğlu Cabbarov: Quba Soyqırımı Memorial Kompleksi- Azərbaycanın “Kədər turizmi” məkanı kimi

Seyid Abdulla oğlu Cabbarov: Quba Soyqırımı Memorial Kompleksi- Azərbaycanın “Kədər turizmi” məkanı kimi

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
371 0

Son illər dünyada turistlərin üz tutduqları turizm məkanları arasında Dark Turizmi- Kədər turuzmi məkanları turist cəlb etməkdə əhəmiyyətli yer tutmaqdadır. Dark turizm ifadəsi ilk dəfə 1996-cı ildə Böyük Britaniyanın Qloskov Kaledonian Universitetinin alimləri Con Lennon və Malkolm Foley tərəfindən irəli sürülüb. Dark turizmi adından da göründüyü kimi qara turizmi, kədər turizmi məkanlarını ifadə edir. Dark turizimi məkanlarına üz tutanlar bu məkanlara olan xüsusi həvəsdən, qeyri- adi məkanlara olan maraqdan, yaxud da ki, tarixin müxtəlif dönəmlərində insan övladının məruz qaldığı kədərli hadisələri təcəssüm etdirən tarixi məkanları görmək arzusudur.
Bu gün təxminən dünyanın 122 ölkəsində 900 dan artıq məkan “Dark turizmi”adı altında turistlər tərfindən ziyarət olunur. Ancaq il ərzində bu məkanlara nə qədər turistin səfər etdiyinin statiskasını dəqiq öyrənmək turizm mütəxəssiləri üçün qeyri mümkündür. Yerli adamlar arasında bu turizm növünü bəzən qəbul etməyənlər də var, turistlərin belə yerlərə gəlməsinə etiraz edənlər də. Əksər yerli əhali isə bu yerlərin turizm məkanları olduğuna inanır, ibrət götürməli məkanların olduğunu söyləyirlər. Onlar bu məkanların keçmişdən dərs almaq, olanlardan nəticə çıxarmaq , səhvlərdən öyrənmək üçün çox təsirli bir vasitə olduğuna inanır, ziyarətçilər tərəfindən bu məkanlara ehtiram göstərilməsini isə vacib bilirlər.
İnsanlar bu turizm marşurutuna daxil olan əsəs məkanlardan tarixi qalaları,keçmişdə döyüşlərin baş verdiyi meydanları,yeraltı tarixi məkanları,həbsxanaları, görkəmli şəxslərin dəfn edildiyi fəxri xiyabanları, xalqı uğrunda canından keşmiş qəhrəmanların məzarlıqlarını ziyarət edirlər.Təbii fəlakətlərin insani faciələrin baş verdiyi Yaponiyanın Xrosima şəhərində memorial park, Ukraynada Çernobıl, Roma “Kolizey”ində qladiatorların döyüşünün keçirildiyi yerlər, Nyu-Yorkda “Qraund-Ziro” turistlər tərəfindən seçilən məkanlardır . Bundan əlavə kədər turizm marşurutlarına soyqırımlar ,qətliamlar və sairə vəhşiliklərin törədildiyi yaxud həyata keçirldiyi məkanlara ziyarət də nəzərdə tutulur. Məsələn, Polşada Osvensim hərbi düşərgəsində memorial muzeyinə, Ukraynada Çernobıla müntəzəm turist turları təşkil olunur. Eyni zamanda Kombociada «Tuolsleng» Soyqırımı Muzeyi, Novosibirsk Dünya Dəfn Mədəniyyəti Muzeyi, o cümlədən, Per-Laşez, Monparnas, Novodeviçye qəbiristanlığı, Qrim-Vud və sairə qəbiristanlıqlarına turizm agentlikləri tərəfindən turlar təşkil olunur. Vaşinqtonda Holokost Memorial Muzeyini turistlər ziyarət etdiyi yerlərdəndir.
Azərbaycanda hər kəsin ziyarət etdiyi bir məkan var – Şəhidlər Xiyabanı! Bakının ən gözəl yerlərindən birində yerləşir və Dark turizm məkanı hesab olunur. Həmçinin, Quba Soyqırımı Memorial Kompleksi də Dark turizm məkanına aid etmək olar. Dark turizmi digər tərəfdən təbliğat vasitəsidir. Burada həm ümumbəşəri, həm də Azərbaycan xalqının kədərli irsi qorunur və təbliğ olunur.Ölkəmizə səfər edən qonaqların və turistlərin əksəriyyəti Bakı şəhərinin ekskursiya marşrutunda Dağüstü Park ərazisndə yerləşən müqəddəs Şəhidlər Xiyabanını ziyarət edirlər. Burada ziyarət zamanı ölkəmizin və xalqımızın qəhrəmanlıq salnaməsi tarixindən, Azərbaycanın azadlıq mücadiləsinə canını fəda etmiş mübariz insanların fədakarlığından turistlərə məlumat verilir.
Azərbaycanın Dark turizmi marşurutna daxil edilən və unikal memarlıq üslubuna aid ən cəlbedici məkanlarından biri də Quba Soyqırımı Memorial Kopleksi və muzeyidir. Şimal bölgəsinə səfər edən yerli qonaqlar və əcənəbi turistlər Qubaya səfərləri zamanı rayonun maddi- mədəni irsi, tarixi yerləri və təbiət abidələri ilə yanaşı, Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edirlər.Bu unikal məkanda ziyarətçilərə Azərbaycan türklərinin ermənilər tərəfindən qətliamı haqqında məlumatlar verilir.Ərazidə toplu məzarlığın aşkar olunması, Soyqırmı Memorial Kopleksinin yaradılamasının məqsədi və Kopleksin ümumi fəaliyyət istiqamətləri ilə yanaşı, ziyarətçilərə ermənilərin Quabada və Azərbaycanın digər bölgələrində apardıqları amansız talanların, kütləvi qətliamların və dağıntıların əks olunduğu tarixi materiallar, arxiv səndələri nümayiş olunur. Kompleksdə ziyarətçilərin daha dərindən məlumatlanmalrı üçün aido bələdçi xidməti və mütəxəssilər tərəfindən dörd dildə Azərbaycan,İngilis,Rus və Ərəb dilllərdə ödənişsiz eksursiyalar təşkil olunur.Bütün bu məlumatlar yerli və əcnəbi qonaqlarda, erməni vandalizmi haqqında geniş təsəvvürlər yaradır, onların düşüncələrində dərin kədər təəssüratları əmələ gətirir. Kompleks Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında,türk müsəlman əhalinin başına gətirilən faciələrin, soyqqırımların ,milli qırğınların əcnəbi qonaqlar arasında tanıdılmasında əvəzsiz məkan kimi fəaliyyət göstərir.
Quba Soyqırımı Memorial Kompleksi dünyada və ölkəmizdə az sayda olan “Dark” turizmi məkanı, bənzərsiz memarlıq abidəsidir.
Dark turizm məkanı kimi Quba Soyqırımı Memorial Kompleksi ölkəmizdə xarici və yerli ziyarətçilərin ən çox üz tutduğu yerlərdən biri sayılır. Bu Kompleks həmçinin Azərbaycanın tarixi-mədəni irsinin təbliğ olunduğu, əhəmiyyətli ideoloji müəssilərdən biri hesab olunur. Məlumdur ki, əvvəllər Quba şəhərinin futbol meydançası kimi fəaliyyət göstərən ərazidə toplu məzarlıq aşkarlanmışdır. Bu ərazidə 2007-ci ildə inşaat işləri zamanı təsadüfən kütləvi insan qalıqları tapılmışdır. Ərazidə aşakar olunan quyu və arxlardan 2 mindən artıq insan kəllə və sümükləri üzə çıxmış, burada toplu məzarlıq aşkar edilmişdir. Azərbaycan Respublikası prezidentinin müvafiq Sərəncamı ilə 2009-cu ildə həmin ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınmışdır. Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş və 2013-cü ilin Sentyabr ayında Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nin rəsmi açlış mərasimi keçirilmişdir. Kompleksin açılışında ölkə başçısı cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, ölkə ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Prezident İlham Əliyev açılış mərasimində nitq söyləmiş,Memorial Komleksin yaradılmasının tarixi əhəmiyyəti və onun gələcək fəaliyyət istiqamətləri haqqında önəmli fikirlər səsləndirmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycanda belə bir Soyqırımı Memorial Kompleksinin yaradılması üç əsas məqsədə hesablanmışdır. Birincisi, Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması. İkincisi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması. Üçüncüsü Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi.
Göründüy kimi ilk əsas fəaliyyət hədəflərindən biri də ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi soyqırım faciələrini əcnəbi qonaqlar və ölkəmizə səfər edən xarici turistlərə də tanıtmaqdır.Quba Soyqırımı Memorial Kopleksi bu istiqamətlərədə müxtəlif platformalardan istifadə edirək öz tanıtım və təbliğatını aparır. Kompleks ölkə daxilndə fəaliyyət göstərən mədəniyyət müəssilərilə, muzeylərlə və tarix-mədəniyyət qoruqları ilə əməkdaşlıq edir, xarici ölkələrdə fəaliyyət göstərən Memorial Muzeylərlə ikitərəfli əlaqələr qurmağa çalışır. O cümlədən yerli və əcnəbi araşdırmaçıların, tədqiaqtçıların, ailimlərin iştirakı ilə konfranslar təşkil edir, müxtəlif məzmunlu elmi seminarlar keçirir. Həmçinin Azərbaycanda və xarici ölkələrdə nəşr olunan elmi jurnallarda, qəzet və xəbər portallarlnda məqalələr nəşr etdirib, yayımlayır. Bu kədərli hadisələrin yaşandığı və bənzərsiz memarlıq üslubuna aid memarlıq abidəsinə yerli və xarici turistlərin axınını artırmaq üçün təbliğat və təşviqat işlərini aparır.
Seyid Abdulla oğlu Cabbarov
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir