KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seyid Abdulla oğlu Cabbarov: Azərbaycan türklərinin soyqırımları Azərbaycanın bədii ədəbiyyatında

Seyid Abdulla oğlu Cabbarov: Azərbaycan türklərinin soyqırımları Azərbaycanın bədii ədəbiyyatında

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
455 0

Tarixin müxtəlif dövrlərində bəşəriyyətə qarşı etnik təmizləmə siyasəti və soyqırımı kimi amansız cinayətlər törədilmişdir.Erməni millətçiləri tərəfindən Azərbaycan türklərinə qarşı amansız qətliamlar törədilib, kütləvi soyqırımlar həyata keçirilmişdir. Azərbaycan türklərinə qarşı da tarixin fərqli zamanlarında ermənilər tərəfindən soyqırım cinayətlər törədilmişm və ötən XX əsrdə bu faciələr ermənilərin və havadarlarının dəstəyi ilə bir neç dəfə təkrarlanmışdır.

Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri 1918-ci il mart soyqırımına və qətliamına dair kifayət qədər faktlar həmin dövrün mətbuat orqanlarında öz əksini tapmışdır. Əlbətddə ki, bu qanlı hadisələrin təfərrüatları Azərbaycanın, Türkiyə Cumhuriyyətinin ,Rusiya, İran və sair dövlətlərin arxiv sənədləri arasında yer amaqdadır.. Həmən faciəli hadisələrin nəticələri, onun mənəvi və fiziki qəddarlıqları barədə faktlar təkcə həmin dövrün mətbuatında deyil, həm də dövrün bədii ədəbiyyat nümunələrində təhkiyyə olunur. Görkəmli ədiblər tərəfindən bu kədərli hadislər bədii əsərlərə də nəql olunur. Ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqirimı hadislərinin qurbanları təkcə on minlərlə öldürülən sadə xalq deyildir, Azərbaycanın görkəmli ziyalılari,ictimai-siyasi,din xadimləri və dövrün tanınmış şəxsiyyətləri də qətlə yetirilmişlərin, işkəncələrə məruz qalmışların sürgünə göndərilənlərin və acınacaqlı muhacitət həyatı yaşayanların arasında olmuşdurlar.

Azərbaycanın tanınmış şair, nasir və görkəmli söz sənətkarları,onların ailə üzvləri də 1918-ci il soyqırımlarına mərüz qalmışdırlar.Onlardan bəziləri isə yalnız təsadüf nəticəsində qətlə yetrilməkdən qurtula bilmişdir. Sağ qalanlar içərisində böyük dramaturq Hüseyin Cavid , tənqidçi, nasir, jurnalist Seyid Hüseyn və görkəmli ədib Cəfər Cabbarlı və onun ailə üzvləri olmuşdur. 1918-ci il soyqırımları barədə zəngin əsərlər yaratmış, faciənin şahidləri olaraq müxtəlif bədii üslublarda bu amansız qətliamları tərənnüm etmiş ədiblər arasında Cəfər Cabbarlı xüsusi bir yer tutur.
Məlumdur ki, 19 yaşlı gənc Cəfər Cabbarlı mart soyqırımının bilavasitə şahidi olmuşdur. On minlərlə insan onun gözləri önündə işgəncələrə məruz qalmış, xüsusi amansızlıqla qətlə yetirilmişdir. Görkəmli ədib Bakıda baş vermiş qanlı mart faciəsini, onun qəddarlığını öz əsərlərində çox təsirli və olduqca da kədərli üslubda ifadə etmişdir.Ədibin “Əhməd və Qumru” hekayəsi onun bu qəbildən olan çox kədərli əsərlərindən biridir.
“Əhməd və Qumru” hekayəsinin yığcamlığı, olduqca maraqlı süjet xətti və çox güclü bədii təzadları onu oxucu üçün çox təsirli edir. Hekayə az sözlə yaradılmış yüksək kədər və həyəcan hissini məharətlə hsiss etdirir. Hadisələrin yüksək bədii əksi ilə diqqəti cəlb edir. İlk baxışda əsər iki gəncin saf məhəbbəti və onların xoşbəxt gələcəkləri haqqında qurduqları xəyallardan bəhs edir. Demək olar ki, bu kədərli əsər məhəbbət mövzusunda bir hekayə olmasına rəğmən, iki gəncin faciəvi taleyi fonunda Azərbaycan türklərinin kədərli faciəsini böyük ustalıqla ümumiləşdirmişdir.Hekayədə gənclərin bütün gələcək arzuları, onların xəyalları və arzuları puç olur. Bütün bunlar bircə anın içində və heç bir səbəb olmadan baş verən bir qətliamın nəticəsində baş verir.
Görkəmli ədib hekayədə amansız soyqırımı hadisələrinin səbəblərini, təffərrüatlarını təqdim etməyə belə ehtiyac duymur. Müəllif hekayədə xoşbəxt ikən bədbəxt, zəngin ikən son dərəcə fəqir, gün çörəyinə möhtac hala salınmış, sapsağlam vücuda malikkən bədən üzvlərini belə itirmiş iki insanın timsalında faciənin ağır nəticələrini yüksək bədii üslubda təsvir edir.Heç də təsadüfi olmayaraq, bu iki gənci bir neçə həftə öncə Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən sayılan, indi isə qapqara divarları qalmış məşhur “İsmailiyyə” binasının qarşısında görüşdürür.
Cəfər Cabbarlı bu qətliamların və talanların xalqın yaddaşənda əbədi həkk etmək məqsədilə hekayədə soyqırıma məruz qalnların təkcə günahsız xalq, qadın, körpə, qoca deyil, həm də Türk-Azərbaycan xalqının mədəniyyəti, mədəni ocaqları, elm adamları, ziyalıları, hərbiçiləri olmasını bir daha yüksək bədii ustalıqla ifadə edir.
Şübhəsiz ki, ən kədərlisi və bərpa oluna bilməyəni insanların başına gətirilmiş qəddarlıq əməlləri idi. Faciədən sonra hər iki gənc şikəst və başqalarının həm maddi, həm də fiziki yardımına möhtac vəziyyətində qalmışdırlar.Hekayənin Əhməd və Qumrunun dilindən verilmiş son cümlələr insanın ürəyini parçalayır:
“Bu aralıq cındır paltarlı, enli kürəkli bir oğlan daha… Ay qardaş! Yaralıyam! Şikəstəm! Şamaxı əsiriyəm! – deyə əlindəki əsaya dayanaraq durdu. Qızcığaz Şamaxı adını eşitdiyi üçünmü, nə üçünsə başın qaldırıb oğlana bakınca otəki də ona bakmış olmalıdır ki, hər ikisi birdən diksindi. Hər ikisinin yüzü ölü rəngi qəbul edib yalnız Qumru! -deyə inildəyib səndələyərək yıldırım mağazasının pilləsinə, eyni vaktda qız: veriniz! Veriniz ona, bən istəməm, bən keçinərəm! – deyə getmək istəyirmiş gibi döndüsə də, haman nələr düşündüsə bilməm, dönüb bərkdən ağlayaraq: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qolunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha doğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qolu kəsilmiş, yalnız bir qolciyəzi varmış”.

Göründyü kimi, kiçik bir hekayədə 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan- türklərinə qarşı törədilən erməni qətliamları, erməni qəddarlıqları və erməni vəhşlikləri çox təsirli ülubda əks olunmuşdur. Həmin dövrdə yaşamış Azərbaycanın şair və ədibləri Mart soyqırımlarının nəticələrini özündə canlandıran çox sanbalıı əsərlər yaratmış, gələcəkdə xalqın milli yadaşında bu hadisələrin əbədi həkk olunmasına çalışmışlar.

Seyid Abdulla oğlu Cabbarov
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin əməkdaşı
Azərbaycan , Quba şəhəri

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir