KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Sexavet Memmed: Lavrov Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndirir

Sexavet Memmed: Lavrov Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndirir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
348 0

Lavrov Bakıda səfərdə oldu və prezidentlə görüşdü. Müxtəlif mövzulara toxunuldu. Birinci diqqətimi çəkən şey Lavrovun “biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk” cümləsi oldu. Deyəndəki rus dili və həmin dildə təhsil məhz Rusiyanın imperiya maraqlarına xidmətdir, adamı topa tuturlar. Bunu demək rus dilini öyrənməyin anlamına gəlmir. Əksinə, imkan varsa ən azı 3-4 dil öyrənmək lazımdır.
Lavrov İrəvan səfərində Fərrux kəndi ilə bağlı skandal açıqlama vermişdi. Daha sonra Zaxarova Lavrovu təkzib etdi. Lavrovun Fərrux kəndinin taleyinə də delimitasiya komissiyası tərəfindən aydınlıq gələcək deməsi səhv, yalnışlıq ola bilməzdi. Fikrimcə o ifadə nəbz yoxlaması idi…
Görüşdə Müttəfiqlik bəyannaməsindən çox bəhs edildi. Müttəfiqlik bəyannaməsində belə bir bənd var: “Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Moskvadakı məsciddən Azərbaycan əleyhinə səslənən bəyanata görə yuxarıdakı bənd dövriyyəyə girməli idi. Hansısa bir nəticə gördük? Yox. Görmə ehtimalımız da yoxdur. Sifarişçi məlumdur.
Son günlər baş verən hadisələrlə bağlı bizim insanlar İranı ittiham edirlər. Baş verənlər İranın təkbaşına gördüyü iş deyil. Fikrimcə, Rusiya ilə İran bu işdə koordinasiyalı davranırlar. Bu ikilinin təhdid və şantajlarının azalmasını gözləmirəm. Əksinə, fərqli sahələrdə də neqativ hərəkətlər görəcəyik.

Sexavet Memmed

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir