KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Senat Trampın “əl-qolunu bağlamaq” istəyir” – ŞƏRH

Senat Trampın “əl-qolunu bağlamaq” istəyir” – ŞƏRH

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
325 0

Ağ Ev lideri seçki öncəsi İrana qarşı hansısa addım ataraq öz nüfuzunu qaldırmağa cəhd göstərir

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib. Qətnamənin lehinə 55, əleyhinə isə 45 senator səs verib. Sənədi Senata demokrat Tim Keyn təqdim edib.

Qətnamənin mətni Trampı “30 gün ərzində İrana yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağa” məcbur edir. Məlumat üçün deyək ki, bundan əvvəl də Nümayəndələr Palatası oxşar qətnamə qəbul etmişdi.

Qətnaməni “Şərq”ə dəyərləndirən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Senatın qəbul etdiyi qətnamənin məqsədi seçki öncəsi Donald Trampın əl-qolunu bağlamaq, onun fəaliyyətini məhdudlaşdırmaqdır.

“Bütün hallarda Tramp seçkidə qələbə qazanarsa, İran məsələsi yenidən müzakirə mövzusu olacaq”

H.Oktayın sözlərinə görə, Senat Trampın seçki öncəsi İrana qarşı hansısa addım ataraq öz nüfuzunu qaldırmaq cəhdlərini qabaqlayır:

“Buna rəğmən, Vaşinqton hökuməti İrana qarşı iqtisadi sanksiyaları və embarqoları davam etdirəcək. Yəni Tehrana təzyiq siyasəti bundan sonra da aparılacaq. Çünki ABŞ-da İranın siyasətinə yanaşma fərqli deyil. Ağ Ev iranlıların normal demokratik rejim qurmasında və Qərbə inteqrasiya etməsində maraqlıdır. Ancaq Vaşinqton İrana qarşı hərbi əməliyyatlar başlamaq niyyətində deyil. Ona görə Trampı da bu fikrindən uzaqlaşdırmağa və seçkidə İran məsələsindən istifadə etməsinə mane olmağa çalışılır. Əgər Tramp qarşıdan gələn prezident seçkisində qələbə qazanarsa, İran məsələsi yenidən müzakirə mövzusu olacaq”.
İsmayıl Qocayev
Sherq.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir