KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Sayad Hasanli: Putinin hansı səviyyədə bir psixopat olduğunu çox aydın göstərir

Sayad Hasanli: Putinin hansı səviyyədə bir psixopat olduğunu çox aydın göstərir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
372 0

Putinin hər çıxışında sərgilədiyi bütün jest və mimikaları onun hansı səviyyədə bir psixopat olduğunu çox aydın göstərir. Universitetdə vize imtahanlarımın birində sunum üçün Rusiyanın Azərbaycandakı ruslaşdırma siyasəti haqqında bir məqalə seçmişdim, buradakı məqsədim həm türkiyəli dostlarımı məlumatlandırmaq, həm də rusun necə bir cani olduğunu özümə də unutdurmamaq idi. Oradakı məqalənin son qismində Rusiyanın statistik göstəricilərinə əsasən, Azərbaycanda rus dilində tədrisin neçə faiz olduğu filan göstərilmişdi. Əks olunan rəqəmləri görmək, oxumaq daxilimdə qəzəb oyatdı, təmkinli olmalı olduğum halda, emosional şəkildə sunum etdim və müəllim çox bəyənib 100 balla qiymətləndirdi. Amma o rəqəmlər həm sunumdan əvvəl, həm də sunum zamanı məni incitdi, hiddətləndirdi, əzdi. Bəli, Rusiya bunların hesabını tutur, bizdə, ümumiyyətlə, postsovet məkanında dil siyasətini həmişə aktiv saxlamağa çalışır. Bu, Çar Rusiyası dövründə də belə olub, Sovet dönəmində daha da kəskinləşib, indi müstəqilik, yenə də davam edir. Deməyim odur ki, cəlladına vurğun olanın sonu həmişə faciə ilə bitir. Bizim ümdə görəvimiz gördüklərimizdən nəticə çıxarıb yeni nəsilə-həmyaşıdlarımıza, övladlarımıza dilimizə, etnik kökümüzə sevgi və hörmət aşılamaqdır, Rus dilinə, rus xalqına pərəstiş edənlərə deyəcəyimiz bir cümlə varsa, o da bu olmalıdır. Hər şeyin kökü dilinə, vətəninə, millətinə sevgidən başlayır, insan ilk öz dilində düşünməyi, yazmağı bacarmalıdır. Bir dili öyrənmək üçün övladını birinci sinifdən rus sektoruna yazdırmağa ehtiyac yoxdur, o bunu kursa da gedib öyrənə bilər, ki mən öyrənməyin tərəfdarıyam. Övladlarımızı ana dilimizdə düşündürək, işə götürəndə rus sektoruna(dil bilmək başqa, sektor fərqini vurğulamaq başqadır) üstünlük verərək insanları o istiqamətə yönəlməyə vadar etməyək, öz torpağımızda iki azərbaycanlı qabaq-qabağa durub göstəriş üçün rusca danışmayaq. Gecikmiş Beynəlxalq Ana Dili Günü təbrikim.
Sayad Hasanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir