KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. SAVAŞ VƏ “ATƏŞKƏS” ARASINDA… VƏ ŞUŞA BİZİMDİR

SAVAŞ VƏ “ATƏŞKƏS” ARASINDA… VƏ ŞUŞA BİZİMDİR

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
279 0

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq ƏLƏKBƏRLİ

Əslində müharibə getdiyi bir zamanda müvəqqəti “atəşkəs” hansı ad daşıyırsa daşısın, çox önəmli deyil. Bundan öncəki iki yazımızda da dəfələrlər qeyd etdik 27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqının taleyində yeni bir mərhələdir; işğal altında olan torpaqlarımızı nəyin bahasına olursa olsun azad etmək üçün bir QURTULUŞ savaşıdır. Bu anlamda 27 sentyabrdan sonra elan edilmiş “humanitar atəşkəs”lər bu prosesi müəyyən qədər ləngidə bilər, ancaq əsla qarşısına ala bilməzdi. Bu baxımdan 23 oktyabra qədər İran adlanan ölkə ilə dövlət sərhədlərini bərpa edən Azərbaycan üçün bu dəfə əsas hədəf Ermənistanla eyni vəziyyəti ortaya qoymaq idi. Yəni Azərbaycan ordusunun qarşısında bir hədəf qalırdı Ermənistanla da dövlət sərhədlərini bərpa etmək və öz sərhədləri daxilindəki bütün erməni terrorçularını və yandaşlarını təmizləmək! Bu prosesdə də hansı dövlətlərin Azərbaycanla çiyin-çiyinə, hansı dövlətlərin isə düşmən olduğu Azərbaycan xalqına əsasən bəllidir. 23 oktyabrda yazırdıq: “Ən azı 30 illik təcrübəyə əsasən Azərbaycan xalqı yaxşı bilir, hansı dövlətlər onun dostu, hansı dövlətlər də düşmənidir. 27 sentyabrda başlayan Vətən müharibəsi hər şeyi bir daha ortaya qoydu”. Əlbəttə, Vətən müharibəsində tək millət (TÜRK) iki dövlət (Azərbaycan+Türkiyə) kimi Türkiyənin yanımızda olması təbii idi: “Azərbaycan Türkiyə, Türkiyə Azərbaycan deməkdir! Bu gerçəyi, heç bir qüvvə dəyişə bilməz! Hələ, qarşıda çox yaxşı şeylər olacaq!”. Həmin günün axşamı Qubadlı rayonunun dörd kəndinin işğaldan azad olması Qələbə yürüşünün davamı idi.

24 oktyabr səhəri artıq Qubadlı şəhərinin tezliklə azad olunmasını gözləyirdik: “Bu gün Qubadlımızdan gələcək xeyirli bir xəbər, bizləri Laçınımıza daha da yaxınlaşdıracaq. Uca Tanrım əsgərlərimizi qorusun! Yaşasın Azərbaycan ordusu!”. Yaxud da: “Böyük ölçüdə Azərbaycan əsgəri düşmənin, yəni erməni terrorçularının belini qırıb. Laçın koridoruna Azərbaycan bayrağının sancılmasına çox az qaldı. Yaşasın Azərbaycan ordusu!”, “Azərbaycan ordusunun qarşısında dayanan ilk vəzifə dövlət sərhədlərimizin bərpasıdır. İran adlanan ölkə ilə bu məsələ bitib. Terrorçu Ermənistanla da sərhədimizin bərpası məsələsi bitmək üzərədir. Yaşasın Azərbaycan ordusu!”. Həmin gün İran adlanan ölkənin ikiüzlülüyünə də sözümüzü deyirdik: “Azərbaycan ordusunun Qarabağdakı zəfərli yürüşü, Molla-Fars rejiminin yuxusuna haram qatıb. Quzey Azərbaycanla sərhəd bölgələrə tank-top gətirirmiş. Ey qafillər, unutmayın! Sizin öhdənizdən gələcək şir kimi Güney Azərbaycan türkləri var!”.

25 oktyabrda yenə də dualarımız, alqışlarımız Azərbaycan əsgəri ilə bağlı idi: “Bugünkü dualarımız da, yalnız və yalnız Azərbaycan əsgərinədir. Onlar bizim hər şeyimizdir. Uludan ulu Tanrım! Azərbaycan ordusunu bu şərəfli yolda müzəffər eyləsin!”. Həmin gün Fransanın bir qrup millət vəkilinin İrəvana gedərək onlara dəstək verməsinə də etirazımızı ifadə edirdik: “Bu gün fransız deputatlar Ermənistanda şou göstərirlər. Fransa ATƏT Minsk Qrupunun həmsədri ola bilməz. Rədd olsun Fransa!”. Yaxud da: “Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır!”. Həmin gün axşam Qubadlı şəhərinin işğaldan azad olunması ilə sevincimizin həddi-hüdudud yox idi: “Qubadlı şəhəri işğaldan azad olundu. Yaşasın Azərbaycan ordusu, Yaşasın Bütöv Azərbaycan!”.

26 oktyabrda isə, bu dəfə ABŞ-ın təşəbbüsü ilə “atəşkəs” elan olndu: “26 oktyabr 08 00-dan 3-cü “atəşkəs” elan olundu. Bu dəfə ABŞ ortaya düşüb. Ümid edirəm ki, 3-cü atəşkəs Şuşa və Xankəndinin işğaldan azad olunması ilə sonuclanacaq. Yaşasın Bütöv Azərbaycan!”. Bu ümidlə də daha sonra yazırdıq: “Uludan Ulu Tanrım! Azərbaycan səgərini müzəffər eylə! Şuşada qələbə bayrağımızı dalğalandırmağı nəsib eylə! Azərbaycanımızı bütöv eylə!”. Həmin gün axşam yazırdıq: “Zəngilanın 4, Cəbrayılın 5, Qubadlının 7 kəndi və Qubadlı şəhəri işğaldan azad olunub. Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

27 oktyabr sübh erkəndən yazırdıq: “Uludan Ulu Tanrım! Şəhidlərimizin qanı yerdə qalmasın. şəhidlərimizin sayəsində üzümüz gülür. Onların yeri hər iki dünyada ucadır. Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”. Şübhəsiz, Ttürkün oyanışı çox şeyi dəyişməlidir: “Türkün dirilişi, Türkün oyanışı dünyada zülmün, əxlaqsızlığın sonu ədalətin və insanlığın zəfəri olacaqdır!”. Yaxud da: “Türkiyəmizin dünyanın ən güclü dövləti olması, yalnız tarixi zərurət, ədalətin bərpası deyil! Ən əsası Bütöv Azərbaycanla bir millət –TÜRK olmasıdır. Biz bizə yetəriz!”.

28 oktyabrda da Qələbə ruhu və əsgərlərimizə duallarla günümüzə başladqısa, ancaq əvvəlcə İran adlanan ölkənin ikiüzlü əməllərinə etiraz etməli olduq. Çünki Molla-Fars rejimi dolaysıyla Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, guya hansısa terrorçu təfkirçi qrupların olduğunu iddia edirdi: “Ey Molla-Fars rejimi! Bil, bölgədə bir terror qruplaşması var: Ermənistan! Terrorçu Ermənistanı dəstəkləyənlərdən biri də siz Molla-fars rejimisiniz!”. Yaxud da: “Əgər İran adlanan ölkənin Molla-Fars rejimi odla oynamağa davam edəcəksə, oynadığı od onun özünü yandıracaq. Təbrizin bir yumruğu ilə sonu çatacaq! Yaşasın Bütöv Azərbaycan!”. Yaxud da: “Bu günə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deməyib, indi Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə təfkirçi terrorçu qruplaşma axtaran ölkəyə İran deyilir! Yaşasın Bütöv Azərbaycan!”. Həmin gün Ermənistanın xaincəsinə Bərdə şəhərini raketlərlə vurması nəticəsində 20-dən çox dinc vətəndaşımız həlak oldu: “Bu gün erməni terrorçuları Bərədmizi yenə raketlərlə vurub. Dinc əhali arasında həlak olanlar (21) və yaralananlar var. Terrorçu Ermənistanı məhv etmək lazımdır! Erməni terrorizmi kökündən təmizlənməlidir!”. Yaxud da: “Xankəndində bir nəfər də olsun erməni və yandaş terrorçu qalmamalıdır. Bərdənin qisası gecikməməlidir. Vur komandir, vur!”. Həmin gün axşam təskinliyimiz Zəngilanın, Füzulinin, Cəbrayılın və Qubadlının bəzi kəndlərinin işğaldan azad olunması idi.

29 oktyabr Türkiyənin Cümhuriyyət günündə də dualarımız həm Türkiyə, həm də Azərbaycanla bağlı idi. Tək millətin qarşılıqlı sevgi göstərilərindən, duyğularından yaxşı nə ola bilər!

30 oktyabrda da Qələbə gününə inamımız tam olaraq qalırdı: “Azərbaycann əsgəri Türk tarixində yeni bir səhifə açır. Uca Tanrım əsgərlərimizi qorusun. Yaşasın Bütöv Azərbaycan!”. Həmin gün axşam Azərbaycan ordusu Cəbrayıl, Zəngilan və Qubadlının daha bir neçə kəndini də işğaldan azad etdi. Sadəcə, həmin gün Türkiyənin İzmir bölgəsindən gələn zəlzələ xəbəri və onlarla soydaşlarımızın həyatını itirməsi və yaralanması bizləri çox üzdü: “Türkiyəmizə çox keçmiş olsun! Allah qorusun!”. Yaxud da: “Canım, Türkiyə! Hər zaman və əbədiyyən biriz!. Sevincimiz də, kədərimzi də birdir!”.

31 oktyabrda da tək diləyimiz Qələbə gününün yaxınlaşması və Azərbaycan əsgərinin əzminin davamı idi: “Uca Tanrım! Azərbaycan əsgərinə Şuşamızın işğaldan azad olunması mücadiləsində yar və yardımçı ol! Tezliklə üçrəngli Azərbaycan bayrağımızı Şuşada görməyimizi bizlərə nəsib et! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

1 noyabrda Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun, daha sonra Binəli Yıldırımın Azərbaycana səfər etməsi təsadüfi deyildi. Bu onu göstəriridi ki, Azərbaycana mənəvi dəstək verən Türkiyə ən yüksək səviyyədə Qarabağın işğaldan azad olunmasına bizimlə eyni dərəcədə maraqlı və istəklidir. Bu arada Azərbaycanın cəbhədə uğurlü yürüşünün davamı üçün inanırdıq ki, ümummilli məsələlərdə həsas və səbrli olmalıyıq: “Əgər söhbət Vətəndən, Milli Birlikdən, Azərbaycanımızın bütövlüyündən gedirsə, səbrli və təmkinli olmaq lazımdır. Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

2 noyabrda da eyni ümidləri daşıyaraq artıq Qələbənin bir addımlığında olmağımıza şübhə etmirdik. Bunu, qəzet və saytlara vediyimiz müsahibə və açqılamalrda da ifadə edirdik. Həmin gün Cəbrayıl, Zəngilan və Qubadlının daha bir neçə kəndinin də işğaldan azad olunması inamımızı daha da artırırdı.

3 noyabrda isə yazırdıq ki, Şuşamızın tezliklə işğaldan azad olunmasını arzu etməyimiz təbiidir. Ancaq onu da yaxşı bilirik ki, bu bir müharibədir: “Deyirlər ki: Ayrılıq nə qədər uzun çəkərsə, qovuşma bir o qədər şirin olar! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”. Hər halda hamımız yaxşı anlayırdıq ki, Şuşanın, Xankəndinin, Laçının işğaldan azad olunması hansı dərəcədə mübarizə və mücadilə tələb edirdi.

4 noyabrda Qələbə gününə bir addım da yaxınlamışdıq. Həmin gün Dağlıq Qarabağdakı seperatçı rejimin başında dayananların Xankəndindən İrəvana qaçması təsadüfi deyildi: “Bir iki saat öncə separatçı rejimin sözdə rəhbərliyi İrəvana rədd oldular! Artıq İrəvandan separatçılığa davam edəcəklər imiş! Çox keçməz İrəvandan da rədd olacaqlar! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

5 noyabr səhərini də Azərbaycan əsgərinə duallarımızla açaraq ümid edirdik ki, Şuşamıza, Xankəndimizə bir addım da yaxınlaşmışıq. Həmin gün yazırdıq ki: “Ali Baş Komandanın canlı çıxışından ötrü, Xalq çox darıxıb! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

6 noyabrda isə Şuşadan gələn xəbərlərin duyğuları içində yazırdıq: “Şuşadan Təbrizə bir yol görünür… O yol, Bizim yoldur!. Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”. Çünki artıq Azərbaycan ordusunun Şuşanı işğaldan azad etməsi, bəlkə də edərək Şuşada təmizləmə işləri aparması an məsələsi idi.

7 noyabr sabahını Şuşamızdan gələcək xoş bir xəbər ümidilə açdıq. Həmin günün səhəri Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat olduqca maraqlı idi: “Azərbaycan Ordusu Şuşa şəhərini atəşı tutmayıb”. Bizcə, əslində nazirlik bunu demək istəmişdir ki, Şuşa şəhərində döyüşlər getdiyi və böyük ölçüdə Azərbaycan əsgərinin nəzarəti altında olduğu bir məqamda Azərbaycan Ordusunun uzaqdan onu atəşə tutmasına ehtiyac yoxdur. Həmin gün dövlət başçısı İlham Əliyev tərəfindən Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Xocalıya aid daha 16 kəndin işğaldan azad edilməsi xəbəri bizləri böyük qələbəyə daha da yaxınlaşdırdı: “Kiçik görünən qələbələr böyük Qələbə gününü təməl daşlarıdır! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”. Artıq Xocalıqya aid iki kəndimizin də azad olunması Şuşaya Qələbə bayrağının sancılmasının an məsələsi olduğu şübhəsizdir: “Can Xocalı…”. 8 noyabra böyük ümidlərlə gözümüzü açdıq. Doğrudur, Quzey Azərbaycanımızın böyük bir qismində yağışın, hətta bəlkə də döyüş cəbhəsində yağışla yanaşı, qarın yağması bizləri bir rahatsız etsə də, Qələbəyə inamımız tam idi: “102 il bundan öncə üçrəngli bayrağımızın bütün Azərbaycanda dalğalanması həyəcanı var idi… Yenidən həmin həyəcanı yaşayırıq!”. Çox keçmədən dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu xalqa bəyan etdi! Göz yaşları içində yazdıq: “Şuşamız işğaldan azad olundu! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”. Artıq Qələbə gününə çox az qalıb, çox az….

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir