27 sentyabrda terrorçu, faşist Ermənistanın işğal altında saxladığı torpaqlarmızda (Ağdam, Füzuli, Ağdərə, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və b.) Azərbaycanın antiterror hərbi əməliyyatlarına başlaması hər bir azərbaycanlının, Azərbaycan türkünün həddsiz dərəcədə sevincinə səbəb oldu. 26 illik atəşkəsdən sonra (1994-cü il may) Azərbaycan ordusunun düşmənin təxribatına qarşı əks hücuma başlayıb qanuni haqqını ortaya qoymağa başlaması illərdir gözlənilənlərin gerçəkləşməsi demək idi. Hər şeydən əvvəl, antiterror hərbi əməliyyatlarının başlanması Azərbaycan xalqının ruhunun oyanışı, psixoloji sindiromun aşılması idi. Bu isə yalnız 10 milyonluq Quzey Azərbaycan xalqının deyil, bütövlükdə 50 milyonluq azərbaycanlıların ruhunun oyanışı olub, yeni bir mərhələnin başlanğıcı oldu.
“Atəşkəs”ə qədər təqribən baş verən 13-14 günlük antiterror hərbi əməliyyatları çərçivəsində Azərbaycan ordusu bir şəhər (Cəbrayıl), bir qəsəbə (Hadrut), 34 kənd olmaqla ümumilikdə 36 məntəqəni və bir sıra önəmli yüksəklikləri düşmən tapdağından azad etməyi bacardı. Bu müddət ərzində Azərbaycanın haqlı davasını Türkiyə, Pakistan, Ukrayna, İsrail, Əfqanıstan, Bosniya, Gürcüstan və digər dövlətlər dəstəklədiyi halda, Erminisanın yanında yer alan ölklərin başında isə Fransa, Yunanıstan və başqaları gəldi.
Vətən müharibəsinin 13-cü günündə indiyə qədər özünü bitərəf göstərən Rusiya dövriyyəyə girdi və Moskvada 3 tərəfli danışqlar masasını təşkil etdi. Rusiya, Azərbaycan və Ermənistan arasında 9 oktyabr axşam saatlarında başlayan danşıqlar 10 oktyabrın erkən saatlarına (təxminin 11 saata yaxın) qədər davam etdi və nəticədə bir bəyannamə ortaya çıxdı. Qeyd edək ki, hələ 9 oktyabr axşam saatlarında Moskvada “atəşkəs” danışıqları başlyarkən Facebook səhifəmizdən aşağıdakıları yazmışdıq: “Erməni terrorçuları bir nəfərə qədər Azərbaycan torpaqlarından rədd olmadan atəşkəs ola bilməz!”. Bu cür yazmağımız təsadüfi olmayıb daha çox gerçəkliyi ifadə edirdi. Çünki artıq hər bir azərbaycanlı erməninin hansı sifətə malik olmasını çox yaxşı bilir. Ona görə də, həmin zaman yazdığımız digər bir statusumuzda deyirdik: “Erməni şərəfsizlərlə bir masada oturmaq nəymiş!? Bu pislikləri ancaq və ancaq döyüş meydanında cəhənnəmə göndərmək var ikən!”.
Bir sözlə, Moskva danışıqlarından əsasən, yaxşı bir şey gözləmirdik. Bizcə, Moskva bu dəfə də Azərbaycana münasibətdə ikili mövqeyini ortaya qoyurdu. Belə ki, 10 oktyabr səhər saatlarında elan olunmuş 4 maddəlik “atəşkəs” bəyannaməsi Azərbaycanın indiyə qədər sürdüyü şərtlərin xeyli qisminin nəzərə almadığını ifadə edirdi. Bu anlamda 10 oktyabr səhər saatlarında Moskvada ortaya qoyulan “atəşkəs” xəbərini alınca yazdıq: “Azərbaycanın şərtləri qəbul edildimi ki, atəşkəs elan olundu? Bunun xalq qarşısında rəsmi açıqlaması olmalıdır”.
Əslində, həmin an bu cür yazmağımıza əsas səbəb Türkiyənin masada olmaması, üstəlik Fransanın isə ATƏT Minsk qrupunun həmsədri kimi saxlanılması idi. Eyni zamanda, Azərbaycanın dövlət başçısı İlham Əliyevin şərtlərindən biri olan Erməmistanın işğalçı ordusunun müəyyən bir cədvəl əsasında Azərbaycan torpaqlarından çıxarılması da bu “atəkəs” bəyanaməsində yer almamış idi. Ona görə də, həmin gün başqa bir statusumuzda yazırdıq: “Özəlliklə, əgər Türkiyə bu danışıqlarda əsas rol almayacaqsa və Ermənistan işğal edilmiş torpaqlarımızdan rədd olmağa başlamayacaqsa, bu atəşkəs ancaq düşmənə yarar!”.
Eyni zamanda, Fransa ilə də bağlı mövqeyimizi də açıq şəkildə ifadə edirdik: “Azərbaycana açıq şəkildə düşmən, Ermənistana hami kimi yanaşan Fransanın ATƏT Minsk qrupunun həmsədri kimi qalması yolverilməzdir! Rədd olsun Fransa! Yaşasın Türkiyə!”.
“Tək millət iki dövlət” kimi ifadə etdiyimiz Türkiyəyə münasibətdə dəyişməz mövqeyimiz konkret idi: “Azərbaycan xalqı Qarabağ məsələsində Türkiyənin danışıqlar masasında olması iradəsini ortaya qoymalıdır!”. Əslində Fransının ATƏT Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə yanaşı, Türkiyənin isə həmsədrliyə gətirilməsi istəyi təsadüfi deyil. Azərbaycan xalqı hər zaman bu fikirdə olmuş, son zamanlarda Azərbaycan hökumətinin rəsmiləri tərəfindən də bu məsələ sıx şəkildə səsləndirilməyə başlanmışdır. Xüsusilə, dövlət başçısı İlham Əliyevin savaş günlərində Fransaya olan kəskin etirazı ilə yanaşı, Türkiyənin dünyanın güclü dövlətlərindən biri kimi artıq bu danışıqlarda və ümumiyyətlə Cənubi Qafqazda gedən proseslərdə yaxından iştirakını vurğulaması önəmli məqam idi.
Ancaq bütün bunların fonunda Moskvada humanitar, ya da insani anlamda bir “atəşkəs”in ortaya çıxması, üstəlik Türkiyənin burada yer almaması və ATƏT Minsk qrupunun tərkibinin dəyişməməsi, sadəcə baza prinsiplərinə (Madrip prinsipləri) qayıdılması qərarına gəlinməsi ortaya çıxdı. Bizim yuxarıda tələb etdiyimiz rəsmi açıqlama da ondan ibarət oldu ki, 2018-ci ildə Ermənistanda inqilab yoli ilə hakimiyyətə gələn Nikol Paşinyan sələfələrindən fərqli olaraq Madrid prinsiplərin də qəbul etmək istəmirmiş, üstəlik 7 şərt irəli sürürmüş. Həmin şərtlər də açıq açığına qondarma Dağlıq Qarbağ rejiminə beynəlxalq səviyyəli müstəqillik verilməsini ortaya qoyurmuş, ona təminat istəyirmiş və s. Ən vacib məsələ də odur ki, bunun reallaşmayacağı şəkildə Dağlıq Qarabağ torpaqlarını Ermənistana birləşdirəcəyi ilə hədələyimiş və bundan da çıxış edrərək, həyasızcasına “Qarabağ Ermnistandır” ifadəsini işlədirmiş. Məhz Paşinyanın bu cür hərəkətləri və açıqlamaları Azərbaycanı işğal altında olan öz torpaqlarını xilas etmək üçün antiterror hərbi əəliyyatlara başlamağa sövq etrmişdir.
Ancaq savaşın 13-cü günüdə dövriyyəyə girib 14-cü günündə “atəşkəs”ə nail olan Moskvanın bu gedişi bir çoxları kimi məni də üzmüşdür. Bunun üçün də daha sonra başqa bir statusumuzda yazırdıq: “14 gün öncə sevinclə başlayan günü yarımçıq qoymağa haqqımız qoxdur… Bunu, bizlərə heç kəs bağışlamaz…”. Eyni zamanda, onu da ifadə edridik ki: “Bu günə qədər Vətən müharibəsinin vacibliyindən danışanların çoxu, artıq sülh göyərçinləri olub yaltaqlıq üçün sıraya durmamalıdır!”.
Ümumilikdə, bunu ifadə etməkdə məqsədimiz ümidsizlik və pessimizm deyil, indiyə qədər başımıza gələnlərdən dərs almağımız idi. Atalarımız demişkən: “Başına gələn, başmaqçı olar”. Ona görə də, hesab edirdik ki, başladığımız müqəddəs işi yarımçıq qoymamalı, düşmənin əlinə əlavə fürsətlər verməməliyik. Özəliklə də, burada oyanmış milli ruh məsələsinə diqqət çəkir, bunun üçün də yazırdıq:“Azərbaycan xalqının oyanmış ruhunun sındırlmasına bir daha yol vermək olmaz! 50 milyonluq Azərbaycan xalqının oyanışı Qarabağa bağlıdır! Biz, Qarabağ işğaldan tam azad olunmadan atəşkəsə yox deməliyik!”.
Şübhəsiz, “atəşkəs” məsələsində əsas inamsızlığımız yalnız terrorçu Ermənistan deyil, eyni zamanda rəsmi Moskva və onun rəhbələri ilə bağlıdır. Məhz, Moskvaya etimad etmədiyimiz üçün yazırdıq: “Lavrov kimdir Azərbaycan adından danışır?! O, ancaq Ermənistanın adından danışa bilər! Atəşkəsə yox, antiterror hərbi əməliyyatlarına hə, deməliyik! Bir qarış torpağımız belə, işğal altında qala bilməz!”. Yaxud da: “Moskva atəşkəsi, atəşkəsdən daha çox Azərbaycanı haqlı davasından zorla əl çəktirməkdir!”.
Əslində “humanitar atəşkəs”in ilk saatlarından erməni terrorçuların iç üzü ortaya çıxdı:“Erməni terrorçuları atəşkəsə əməl etmədi! Müdafiə Nazirliyi: “Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur!”. Hər şey aydındır! Müqqədəs yolumuza davam etməliyik!”. Yaxud da: “Təqribən 3 saat ərzində atəşkəs dəfələrlə pozulub! Erməninin və himayədarlarının qandığı bir variant var: antiterror hərbi əməliyyatlarına davam edib, silah gücünə terrorçuları torpaqlarımızdan dəf etmək! Qarabağ Azərbaycandır!”
Sözün açığı, erməni terrorçularının barbarlıq məsələsində yalnız cəbhə bölgəsində atəşkəs pozmaqdan çox da uzağa getməyəcəyinə ümd edirdik. Halbuki erməni terrorçuları 11 okyabr Gəncə faciəsinə qədər də, ancaq mülki insanların yaşadığı Gəncə, Mingəçevir, Bərdə və dugər şəhərlərimizi hədəf almışdılar. Ancaq 11 oktyabr səhər saatlarında gördüklərimiz bir dəhşət idi. Məhz həmin faciəni, Gəncə faciəsinin şahidi olduqdan sonra yazırdıq: ““Humanitar atəşkəs”dən istifadə edərək Rusiyadan aldığı raketlərlə Gəncəni vuran erməni terrorçuları 5 nəfər sivil insanı qətl etmiş 30-a yaxın yaralımız vardır! Yaralananlar arasında uşaqlar da var! Erməni terrorizminə son verilməlidir! Azərbaycan ordusu Ermənistan və yandaşlarına yetərincə cavab verib və verməyə də davam edir! Qarabağ Azərbaycandır!”. Ancaq daha sonra məlum oldu ki, erməni terrorçuları 9 nəfər sivil insanı qətl etmiş 30-dan çox yaxın yaralımız var, üstəlik erməni terroruna məruz qalanlar arasında azyaşlı uşaqlar və qadınlar da var.
Bu, bir dəhşətdir! Əslində bundan sonra “atəşkəs”ə son verilməsi qənaətindəydim və indi də eyni düşüncədə qalıram. Məhz bu qənaətdən irəli gələrək yazırdım: ““Humanitar atəşkəs”dən faydalanan erməni terrorçuları bir tərəfdən sivil insanları qətl etməyə davam edərkən, digər yandan silahlandırılır! Ona görə də, Azərbaycan ordusu sonuncu terrorçunun məhvinə qədər zəfər yürüşünə davam etməlidir!”.
Üstəlik, insanlarımız arasında şayiə yayırlar ki, Ermənistanı bu cür qətliamlara sövq edən Rusiyanın məqsədlərindən biri də müxtəlif vasitələrdən istifadə edərək bölgəyə öz qoşunlarını yeritməkdir. Mən də, bunu nəzərə alaraq növbəti statusumda yazırdım: “Rusiya zorla Azərbaycan torpaqlarına sülhməramlı adı altında qoşun yeridə bilməz. Əgər çaşıb bu bu addımı atarsa, o zaman qarşısında Türkiyəni görməli olacaq!”. Demək istədiyimiz o idi ki, artıq Rusiya 30 il bundan əvvəlki kimi bu bölgədə rahat hərəkət edə bilməyəcək. Əgər bu niyyətə düşərsə, o zaman Türkiyədə öz sözünü deməli olacaq. Bunun ardınca onu da ifadə edirdik ki: “Rusiya, Fransa kimi dövlətlərin maşası olan Ermənistanın sonu gəlib! Ona görə də, son çarə kimi ümidlərini “sülhməramlı”lara bağlayıblar! Bədbəxtlər! Azərbaycan ordusu axırınıza çıxacaq!”
Ümumiyyətlə, savaş və “atəşkəs” arasında qalmağımızı belə qiymətləndiridim: “Artıq heç bir atəşkəsdən, humanitar ya da qeyri humanitar söhbət gedə bilməz! Ermənistan terror dövlətidir! Bu şərəfsizləri və himayədarlarının qandıqları dildən başa salmalıyıq! Qarabağ Azərbaycandır!”.
Bütün bunlarla yanaşı “atəşkəs”lə bağlı bir məqamı da vurğulayırdım: “Moskva “atəşkəs”inin bir məqsədi də odur ki, Azərbaycan ordusu irəliləməsin və əvvəlki kimi yalnız müdafiə olunsun! Ümid edirəm ki, Azərbaycan rəhbərliyi məsələni bilir və ordumuzun irəliləyişi davam edir! Qarabağ Azərbaycandır!”.
Yuxarıda da qeyd etdiyim kimi, Gəncə faciəsindən sonra “atəşkəs”in qalmasının mənasızlığına inanırdım: “Gəncə faciəsindən dərhal sonra Azərbaycan “atəşkəs”in bitdiyini və antiterror hərbi əməliyyatlarına davam etdiyini bəyan etməli idi! Bu, bizim təbii haqqımız idi! Ən yaxşı müdafiə hücumdur!”. Yaxud da: “Şəhidlərimizin qanı, şəhidlərimizin ruhu bizlərə savaşa davam deyir, “atəşkəs”ə yox!”.
Əslində bu səhər də (12 oktyabr) savaş və “atəşkəs” məsələsi ilə bağlı mövqeyimdə hər hansı bir dəyişiklik olmadı: “Humanitar, ya da qeyri-humanitar fərq etməz, bu “atəşkəs” uzun sürməməlidir! Ərazi bütövlüyümüz bərpa olunmadan yaşanan bir saatlıq atəşkəs belə, bizlərə başıaşağılıqdır, təhqirdir! Atəşkəsə yox, müqəddəs savaşa davam deməliyik!”. Yaxud da: “Terrorçu dövlətin təmsilçiləri ilə eyni masa arxasında oturmaqdansa, döyüş cəbhəsində ona qan qusdurmaq, yerlə bir etmək lazımdır!”.
Beləliklə, hesab edirik ki, bu “atəşkəs” formal olsun, ya da qeyri formal olsun uzun sürə bilməz. Çünki terorçu Ermənistan dövləti qətiyyən buna əməl etmir və etməyəcəyi də bəllidir. Ona görə də, bizim üçün dəyişməyən bir hədəf var: BMT-nin tanıdğı 86, 6 min kv.km əraziyə sahib çıxmaq! Hər şeyi döyüş meydanında həll etməliyik! Bu məsələdə bütün azərbaycanlılar bir yumruq olub, qələbə əzmini davam etdirirlər.
Qarabağ Azərbaycandır!!!
Şuşada, Qarabağda görüşənə qədər!!!
Faiq Ələkbərli,
dosent, fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini