Hasan Oktay: “Savaş olmasını istəməyənlər sülhü bərqərar etməlidirlər”
2016-01-06 06:00:26

Dağlıq Qarabağın 2016-cı il mənzərəsini təsvir edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirir ki, 2016-ci il Qafqaz regionu üçün gərgin keçəcək: “Çünki, Türkiyə-Rusiya böhranının ən çox təsir edəcəyi məkanlardan biri də Qafqaz olacaq. Qarabağda başlaya biləcək müharibə qısa zaman ərzində regional döyüşdən çıxıb Orta Şərqə və türk dünyasına yayıla bilər. Savaş olmasını istəməyənlər sülhü bərqərar etməlidirlər. Əgər sülhü təmin edəcək diplomatiya olmasa, Qarabağ problemi daha 20 il belə statutsuz status içərisində davam etməyəcək.

Mübariz BAYRAMOV
www.movqe.az