KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Sarkisyan yeniden parti başkanı

Sarkisyan yeniden parti başkanı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
19 0

Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 26-da İrəvanda hakim Respublika Partiyasının qurultayında yenidən bu partiyanın sədri seçilib. Maraqlıdır ki, qurultaydan əvvəl Ermənistanın yeni baş naziri Karen Karapetyan və yeni müdafiə naziri Viqen Sərkisyan Respublika Partiyasına üzv olublar. Hökumətin başqa üzvləri də hakim partiyaya üzv qəbul olunublar. Bu Sərkisyan üçün vacib idi. Çünki, yeni baş nazir tərəfsiz qalsaydı, gələcəkdə Sərkisyana rəqib ola bilərdi. İndiki halda isə baş nazir partiya iearxiyasına görə də Sərkisyana tabe olacaq.

Aprel ayında Ermənistanda parlament seçkisi keçiriləcək. Bu konstitusiya dəyişikliyindən sonra Ermənistanda ilk seçki olacaq. Bu seçkidən sonra Karapetyanın baş nazir vəzifəsində qalması problematikdir. Çünki yeni konstitusiyaya görə, baş nazir son 4 ili Ermənistanda yaşamalıdır. Karen Karapetyan isə uzun müddət Rusiyaya işləyib və çalışıb və bir neçə aydır Ermənistana qayıdıb. Bu durum Serj Sərkisyanın maraqlarına cavab verir. Çünki, parlament seçkisindən sonra Ermənistanda əsas səlahiyyətlər prezidentin deyil, baş nazirin əlində cəmləşəcək. Respublika Partiyasının qələbəsi təmin olunduqdan sonra Serj Sərkisyan rahatlıqla baş nazir kreslosuna keçə bilər. 2012-c ilin parlament seçkisində Respublika Partiyası 131 mandatdan 69 mandat əldə etmişdi. Serj Sərkisyan seçkidə bütün saxtakarlıqlara gedəcək ki, parlamentdəki çoxluğu itirməsin. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.