Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Sarkisyan İki seçimim var

Ermenistan 27 Mart 2017
345

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa son gəlişi zamanı diqqətçəkici açıqlama verib. O ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: “İki seçimim var idi. Birinci seçim – yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər”.

Bu açıqlamadan iki nəticə çıxır. Birincisi, Serj Sərkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir. İkincisi, Sərkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir… Elhan Şahinoğlu

Yorumlar