Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 20-də aprel ayında 4 günlük savaşda iştirak edən və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında görüşüb. Sərkisyanın görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur ki, 1) Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz; 2) Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir; 3) Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir; 4) İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var.
Sərkisyanın bu tezisləri sübut edir ki, danışıqlar prosesi İrəvanı qane edir və onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar. Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sərkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq Sərkisyanın sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır.
Elhan Şahinoğlu
Sarkisyan askerlere çay verdi
Daha fazla ErmenistanErmenistan kategorisinden daha fazla yazı »
- Kamran Caferov: Zaharov Bakü ve Erivan’ı niye tehdit ediyor
- Հակոբ Բադալյան: Եկեղեցին պե՞տք է միջամտի քաղաքականությանը։
- Farhad Mamedov: Ermenistan Fransız Rafale’sini Alabilir mi?
- Վահե Դավթյան: Ինչո՞ւ ԵՄ-ն արգելեց Հայաստանին
- Ararat Mirzoyan: Azerbaycan ile kalıcı barış sağlanmadıkça gerginlik riski devam eder
İlk yorum yapan siz olun