Bir neçə gün öncə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə hər iki nazirin Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar və baş verən proseslər onu deməyə əsas verir ki, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir. Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı hansısa danışıqlar getmir. Bu isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Həmin mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxularkən tutulmuş diversantlarının “hərbi əsir” adı ilə geri qaytarılmasını bildirdi.
Digər tərəfdən isə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün başladığını bildirdi.
Bugün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil edən 20 deputat qondarma rejmin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus “sülhməramlıları”nın müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib.
Bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı məkirli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır.
Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin planı aradan qaldırmaq üçün Türkiyə hərbi bazalarının Azərbaycanada yerləşdirilməsi vacib məsələyə çevrilib.
Samir Humbatov
Samir Humbatov: Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır
196 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.