KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Samir Humbatov: Rusiya-Ukrayna və Rusiya və Qərb münasibətləri

Samir Humbatov: Rusiya-Ukrayna və Rusiya və Qərb münasibətləri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
289 0

NATO və Rusiya arasında baş tutan danışıqların nəticəsiz qalmasından sonra dünya medyasının əsas diqqət mərkəzində dayanan məsələ Rusiya-Ukrayna və Rusiya və Qərb münasibətləridir. Yəni dünyanı maraqlandıran əsas suallar bundan ibarətdir ki, Rusiya Ukraynaya hücum edəcəkdirmi? Rusiya Ukraynaya hücum edərsə Qərb dövlətlərinin reaksiyası nədən ibarət olacaq? Digər bir önəmli sual isə budur ki, Qərb və Rusiya arasında müharibə baş verərsə Türkiyə kimin yanında yer alacaq və mövqeyi nədən ibarət olacaq?
Mövcud şəraiti və tərəflər arasında artan gərginliyi nəzərə alsaq düşünmək olar ki, müharibənin başlanması üçün maraqlı qüvvələr əllərindən gələn bütün imkanlardan istifadə etməyə çalışırlar. Yəni, baş verə biləcək ani gərginliklə Urkaynanın Rusiya və Qərb arasında hərbi təlim meydanına çevrilməsi reallığa çaevrilə bilər. Əlbəttə ki, Qərb ölkələri, Rusiyanın Ukrayanaya qarşı hər hansı hərbi təcavüzünün cavabsız qaymayacağını və Ukraynaya dəstək olacaqlarını bildiriblər, amma bu dəstəyin hansı formada olması haqqında hansısa aydın fikir səsləndirilməyib.
Digər tərəfdən isə Ukrayna üçün önəmli məsələlərdən biri Türkiyə ilə aralarında mövcud olan müttəfiqlik münasibətləridir. Tərəflər arasındakı müttəfiqlik münasibətlərin daha da güxlənməsində 16 oktyabr 2020-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri və bu səfər çərçivəsində tərəflər arasında 21 hərbi istiqamət üzrə sənədlərin imzalanması oldu.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən Ukrayna Türkiyədən Bayrakdan TB2 PUA-ları almağa başlaıdı. Hətta verilən məlumatlardan Türkiyə və Ukrayna arasında əldə edilmiş razılığa əsasən PUA-ların Ukraynada istehsalı da nəzərdə tutulur.
Eyni zamanda Türkiyə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaqını tanımır. Türkiyə tərəfindən atılan bu addımlar Ukraynanın son nəticədə kimə güvənəcəyini göstərmək üçün kifayət edəcək amillərdəndir.
Digər məsələ isə Türkiyə və Rusiya arasında mövcud olan münasibətlərdir. Nəzərə alsaq ki, Türkiyə və Rusiya həm ikitərəfli məsələlərdə, həm regional məsələlərdə, həm də qlobal məsələlərdə ciddi əməkdaşlıq edirlər, o zaman Türkiyə üçün ciddi seçim imkanları yaranır. Yəni, Türkiyə və Rusiya arasında illik ticarət dövriyyəsi təqribən 30 milyard dolların üzərində hesablanır. Eyni zamanda Türkiyə Rusiyadan S-400 raket kompleksləri alır, üstəlik Türkiyə və Rusiya həm Suriyada, həm Qarabağda, həm Liviyada, həm də digər bölgələrdə fəaliyyət göstərirlər.
Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, tərəflər arasında baş verə biləcək istənilən toqquşmada Türkiyənin tərəf seçməsi prinsip etibarı ilə çətinləşəcək.
Əlbəttə ki, Türkiyə üçün ən vəcib məsələ dövlət maraqlarının təmin edilməsidir. Ona görə də hesab etmək olar ki, baş verə biləcək mümkün qarşıdurmada Türkiyə səbrlə hadisələrin gedişat istiqamətlərini də izləyə bilər və vəziyyətə uyğun qərar verə bilər.
Samir Humbatov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir