KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Samir Humbatov: Rusiya Ukrayna məsələsində Türkiyənin vasitəçilik təklifini qəbul etsin

Samir Humbatov: Rusiya Ukrayna məsələsində Türkiyənin vasitəçilik təklifini qəbul etsin

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
294 0

Nəhayət ki, regionda baş verən gərginlik Rusiya tərəfini məcbur etdi ki, Ukrayna məsələsində Türkiyənin vasitəçilik təklifini qəbul etsin. Əlbəttə ki, bu məsələdə Rusiya beynəlxalq nüfuzunu nəzərə alaraq birbaşa Türkiyənin adını hallandırmasa da, dolaysı ilə eyham vurmuş oldu. Nəzərə alsaq ki, yalnız Türkiyə tərəfi Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürməyi razılıq verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva-Kiyev danışıqlarının Türkiyədə keçirilməsini təklif etmişdi. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Ərdoğanın vasitəçilik təklifinə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”. Peskov bu açıqlamanı Rusiyanın TASS xəbər agentliyinə münasibət bildirərkən söyləyib.
Burada maraqlı olan məqam ondan ibarətdir ki, Türkiyə tərəfi bundan öncə də Rusiya və Ukrayna arasında vasitəçilik təklifi etmişdi, amma Rusiya tərəfi buna qəti etiraz etmidi. Son proseslər göstərdi ki, indiki halda Rusiya üçün ən uyğun variant Türkiyənin vasitəçilik missiyası ola bilər.
Burada diqqəti çəkən digər önəmli məsələ Azərbaycan prezidenti cənab İlham Əliyevin Kiyev səfəri və bu səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdür. Daha sonra isə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti ilə danışdıqdan sonra Rusiya prezidenti ilə də danışacağını və Ukrayna məsələsini müzakirə edəcəyini bildirməsidir.
Buradan da belə nəticəyə gəlmək olar ki, ölkə başçısı cənab İlham Əliyevin Ukrayna səfəri zamanı Rusiya-Ukrayna münaqişəsi tərəflər arasında bağlı qapılar arxasında müzakirə edilən mövzular sırasında olmuş ola bilər.
Burada bir maraqlı sual da ortaya çıxa bilər ki, nə üçün Rusiya Türkiyənin bu təklifini qəbul etdi? Və Türkiyə qarşılığında Rusiyadan nə istəyə bilər.
Əlbəttə ki, Qərbin artan təzyiqi qarşısında Rusiyanın hansısa başqa seçim şansları mümkünsüz görünür və vəziyyətin nisbətən də olsa normallması üşün ən obtimal variant kimi hələki bu görünür.
Türkiyənin tələbinə gəlinc, burada bir neçə məsələ ola bilər.
1. Qarabağ məsələsinin yekun həlli ilə bağlı səy göstərməsini
2. Qazaxıstan məsələsində hökumət üzərində basqının azadılmasını və Türkdilli Dövlətlər Təşkilatının fəaliyyətini azaldacaq fəaliyyətlərdən çəkinməsini,
3. Suriya və Liviya məsələsində Türkiyənin maraqlarına zidd hərəkətlərə çox yol verməməsini
4. Aralıq dənizi məsələsində Türkiyənin mövqeyinə xələl gətirməməsini və s.
Görünən odur ki, rəsmi Ankara bu fürsətdən yetərincə faydalanmağa çalışacaq ki, bu da Türkiyənin regional deyil, hətta qlobal güc olma yolunda əsas vasitələrdən biri hesab edilə bilər.
Samir Humbatov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir