KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Samir Humbatov: Rusiya Türkiyə arasında regional ciddi mübarizə gedir

Samir Humbatov: Rusiya Türkiyə arasında regional ciddi mübarizə gedir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
301 0

Rusiya və Türkiyə arasında üzdə işbirliyi və müttəfiqlik görünsə də, arxa fonda regional müstəvidə ciddi mübarizə gedir. Suriyada və Liviyada tərəflər arasında mövqelərin müəyyənləşdirilməsi, II Qarabağ savaşından sonra Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin yaradılması, Ukraynada müstəqillik gününü ilə əlaqədar olaraq keçrilən paradda Türkiyə istehsalı olan Bayrakdar TB2-ləri nümayiş etdirilməsi, II Qarabağ savaşında qalib gəlməsi münasibəti ilə 10 dekabr 2020-ci ildə Bakıda təşkil edilmiş “Zəfər Paradı”nda Türkiyə istehsalı olan Bayrakdar TB2-ləri nümayiş etdirilməsi, Rusiya prezidenti Vladimir Putin Əfqanıstan, Suriya, Liviya və digər məsələləri müzakirə etmək üçün Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng etməsi, Türkiyə XİN başçısı cənab Mövlud Çavuşoğlu Ukraynada təşkil edilmiş “Krım Platforması”nda Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və tanımayacaq ifadəsini açıq şəkildə bəyan etməsi və s. misallar bunu aydın şəkildə göstərir.
Təbii ki, tarixə nəzər salsaq, görərik ki, 15 il öncə bütün bu məsələləri düşünmək belə qeyri-mümkün görünürdü. İndi isə regionda güc balansı dəyişir. Bir vaxtlar Rusiyanın nüfuzunun güclü olduğu regionlarda artıq nüfuz bölüştürməsi gedir. Türkiyənin Əfqanıstanda yeni formalaşan Taliban hökuməti ilə qarşılıqlı isti mesajları verməsi Rusiyanı Əfqanıstan məsələsini Türkiyə ilə müzakirə etməyə məcbur edir.
Son zamanlar atılan addımlardan və alınan qərarlardan belə qənaətə gəlmək olar ki, daha əvvəllər Azərbaycan və Türkiyə arasındakı yaxınlaşma Rusiya tərəfində qıcıqla qarşılanırdısa, artıq mövcud şəraitin diktəsi ilə vəziyyətlə barışmalı olur. II Qarabağ savaşından sonra Əfqanıstanda da artan Türkiyə mövqeyi getdikcə genişlənməkdədir. Artıq Mərkəzi Asiya dövlətləri də Türkiyə ilə münasibətlərin yaxınlaşdırılmasında daha çox maraq göstərməkdədirlər. Bugünkü siyasi mənzərəyə baxsaq, Türkiyə istər geosiyasi, istərsə də geostrateji məsələlərdə mövqeyini daha da gücləndirərək Rusiyanı qabaqlamağı bacarır. Türkiyənin Rusiya tərəfindən Krımın “ilhaqı”nı tanımaması isə onu göstərir ki, Türkiyənin gələcək hədəflərindən biri də Qara dənizdə Rusiyanın sıxışdırılması və öz mövqelərinin möhkəmləndirilməsidir.
Hesab edirəm ki, Türkiyə və Rusiya arasında ola bilsin ki, ikitərəfli qarşılıqlı siyasi-iqtisadi əlaqələrdə inkişaf olsun, amma regional güc olaraq tərəflər arasında daima mübarizənin gedəcəyi aşikardır.

Samir Humbatov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir