KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Samir Humbatov: qarşı tətbiq edilən təzyiqlərin arxasında kimlər və nələr dayanır?

Samir Humbatov: qarşı tətbiq edilən təzyiqlərin arxasında kimlər və nələr dayanır?

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
311 0

Son dövrlər iqtisadi baxımdan Türkiyədə vəziyyətin narahatedici olduğu gönünməkdədir. Türk lirasinin dollar qarşısında süni şəkildə dəyər iyirməsi Türkiyə iqtisadiyyatını çətin vəziyyətdə qalmasına səbəb olur. Təbii ki, Türkiyəyə qarşı belə çirkin oyunların qurulması təsadüfi olmamaqla yanaşı həm də gözlənilən idi. Xatırlasaq ki, ABŞ-ın hazırkı prezidenti Cozef Bayden seçkiqabağı təbliğatı zamanı Türkiyə məsələsinə toxunaraq bildirmişdir ki, biz Ərdoğanın dinc yolla hakimiyyətdən getməsinə çalışacağıq.
ABŞ-ın birinci şəzsinin bu cür ifadə səsləndirməsini təsadüfi hesab etmək doğru olmaz məncə. Təbii ki, uzun illərdir cənab Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə ABŞ-dan asılı olmayaraq müstəqil siyasət yürüdür. 2002-ci ildən başlayaraq Türkiyə həm daxildə siyasi və iqtisadi mühiti normallaşdırma yolunu tutmağı bacardı. Eyni zamanda uzun illər PKK terrorundan əziyyət çəkən Türkiyə Ərdoğanın hakimiyyətə gəlişindən sonra terrora qarşı ciddi mübarizə aparmağa başladı və qısa vaxtda uğurlu nəticələr əldə etməyi bacardı.
Türkiyə təkcə ölkə daxilində deyil, eyni zamanda ölkə xaricində də ciddi uğurlar əldə etməyi bacardı. Şimali İraqda və Şimali Suriyada “Zeytun budağı”, “Fırat qalxanı” və bir neçə hərbi əməliyyatlar keçirərək əraziləri böyük miqdarda terrorçulardan təmmizləyə bildi. Türkiyə silah sənayesində ciddi uğurlar əldə etməyib bacardı. İstehsal etdiyi hərbi helikopterlər, tanklar, İHA və SİHA-larla dünyada ciddi səs-küyə səbəb oldu. Bugün Türkiyə istehsalı Bayraktar TB2, Akıncı, Ağsunqur və digər İHA və SİHA-lara görə Türkiyə dünyada ilk üçlükdə qərarlaşıb.
Türkiyə regional məsələlərdə də ciddi rol oynamaqdadır. Hətta demək olar ki, Türkiyənin rolu bəzi vaxtlarda həlledici olur. Türkiyənin 15 dövlətdə hərbi bazası da məhz 2002-ci iıdə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra baş tutub. Türkiyə istər Yaxın Şərqdə, istər Şimali Afrikada, istərs Cənubi Qafqazda, istər Mərkəzi Asiyada, istərsə də Balkanlarda böyük nüfuz qazanmışdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, “Ərəb Baharı”ndan sonra Suriyada və İraqda meydana gələn İŞİD terror qruplaşmasının sıradan çıxarılmasında və Azərbaycanın Qarabağ bölgəsinin Erməni işğalından azad edilməsində, Şimali və Cənubi Sudanda vətəndaş müharibəsinin dayandırılmasında, Liviyada Qəddafinin devrilməsindən sonra BMT tərəfindən qəbul edilən qanuni hökumətin qorunub saxlanılmasında Türkiyənin böyük rolu oldu. Tükiyə Ukrayna ilə ciddi əlaqələrə sahibdir və tərəflər arasında hərbi sahədə sıx əməkdaşlıq mövcuddur. Rusiya ilə ciddi siyasi, iqtisadi və hərbi əlaqələrə malik olsa da Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqını tanımadığını açıq şəkildə dilə gətirir.
Türkiyə bütün təzyiq və təhdidlərə baxmayaraq Aralıq dənizində haqqı olan ərazilərdə neft və qaz çalışmalarını uğurla davam etdirir.
Bir neçə gün əvvəl İstanbulda Türkdilli dövlətlərin başçılarını bir araya gətirərək Türk Dövlətləri Təşkilatını elan etdi. Uzun illər bu qurulmağa qoşulmağı tərəddüd edən Türkmənistan quruma qoşuldu və Avropada özünü Atillanın nəvələri hesab edən Macarıstan da bu qurumaq qoşulmağı hədəfləyir.
Türkiyə qeyd edilən bu uğurlara demək olar mək məhz Rəcəb Tayyib Ərdoğanın zamanında çatıb. Əlbəttə ki, Türkiyənin bu uğurları digər dövlətlər tərəfondən qəbul edilmək istənilmir və ona görə də ona qarşı bütün çirkin əməllərə əl atırlar. Hətta 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı vasitəsi ilə də bu çirkin niyyəti gerçəkləşdirmək istəsələr də, böyük türk xalqı buna imkan vermədi.
Hesab edirəm ki, uzin illər bütün təzyiqlərə sinə gəlməyi bacaran Türkiyə bunu da bacaracaq. Ərdoğan isə açıq şəkildə elan etdi ki, növbədənkənar seçki olmayacaq. Türkiyənin böyük 2023 hədəfi var və bu yolda uğurla addımlayır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir