KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Samir Humbatov: İran’da bayrak kalmakalı

Samir Humbatov: İran’da bayrak kalmakalı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
348 0

18 iyun 2021-ci ildə İranda keçrilmiş prezident seçkilərində qalib olmuş İbrahim Rəisinin 3 avqust 2021-ci ildə İran parlamentində keçrilən mərasimdə prezidentlik səlahiyyətlərinin icrasına başlamaq münasibəti ilə and içib. İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılıb.
Rəsinin andiçmə mərasiminə qatılan iştirakçılar arasında Azərbaycan Milli Məclisinin spikeri xanım Sahibə Qafarova və qardaş Türkiyənin Böyük Millət Məclisinin başçısı hörmətli Mustafa Şəntop da vardı. İranın yeni andiçmiş prezidenti İbrahim Rəisi andiçmə mərasiminə təşrif buyurmuş qonaqları qəbul edib onlarla fikir mübadiləsi apardı. Sözügedən qəbul zamanı iki mühüm hadisə baş verdi ki, həmin hadislələr ciddi mübahisələrə səbəb oldu.
Baş vermiş hadislərin birincisi Ermənistan baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında baş tutan görüş zamanı İran bayrağı ilə yanaşı Ermənistan bayrağı asılsa da,

Azərbaycan Milli Məclisinin spikeri xanım Sahibə Qafarova və İran prezidenti İbrahim Rəisi arasında baş tutan görüşdə təkcə İran bayrağı asılmışdır.


Yəni Azərbaycan Respublikasının bayrağı asılmamışdır.

Digər ikinci önəmli hadisə isə Şimali İraqda yerləşən Kürdüstan Muxtariyyətinin başçısı Nəçirvan Bərzaninin andiçmə mərasiminə gəlişi zamanı baş verdi.

Nəçirvan Barzanini qarşılama zamanı hava limanınında İraq bayrağı əvəzinə Kürdüstan Muxtariyyətinin bayrağı dalğalansa da, Türkiyə Böyük Millət Məclisinin başçısı hörmətli Mustafa Şəntop və İran prezidenti İbrahim Rəisi arasında baş tutmuş görüş zamanı təkcə İran bayrağı asılmışdır.

Baş vermiş hər iki hadisə ilə bağlı iranlı rəsmilərdən müxtəlif formalı cavablar gəlsə də, mənanın bir olduğunu demək mümkündür. O zaman sual oluna bilər ki, İrandakı bəzi dairələrin belə addım atmasının arxasında hansı məqsədlər dayanır? Belə addımlar atmaqla İran tərəfi hansı işarələri vermək niyyətindədir?

Şübhəsiz ki, burada nə texniki xəta baş verməyib, nə də protokol qaydasına görə belə təşkil edilməyib. Əgər belə olsaydı digər 18 dövlətin parlanent rəhbərləri ilə görüşdə də həmin ölkələrin dövlət bayraqları asılmazdı. Deməli burada İrandakı bəzi dairələr tərəfindən xüsusi məqsəd güdülür. İran tərəfinin atdığı bu addımların arxasında sayğısızlıq və mehriban qonşuluqdan uzaq olan hərəkətlər görünməkdədir. Görünən odur ki, həmin dairələrdə türklərə və türkçülüyə qarşı xüsusi nifrət hissi var. Məhz buna görədir ki, İranda Azərbaycana daima düşmənçilik münasibəti göstərən Ermənistan baş naziri Nikol Paşinyana böyük sevgi var. Bütün bu baş verənlərə rəğmən İran tərəfi guya bizimlə dost və qardaş olduğunu deyir. Amma həqiqət isə ondan ibarətdir ki, İran hələ də ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqrımını rəsmi şəkiıdə tanımayıb. I və II Qarabağ savaşlarında Ermənistana dəstək verdi. Çox az sayda ermənilərin yaşamasına baxmayaraq İran hökuməti onlara məktəb açmaq icazəsi versə də, 40 milyona qədər İranda yaşayan türk konstitusiya ilə nəzərdə tutulmuş ana dilində təhsil ala bilmir.
İranın tutduğu bu ikibaşlı siyasətin həm İranın özü, həm region üçün hansısa uğur gətirəyini zənn etmək o qədər də real görünmür.
Fikrimcə İran üçün ən məqbul yol Türkiyə və Azərbaycanla ikibaşlı siyasət yürütmək deyil, əksinə səmimi və düzgün siyasət yürütməkdir.
Samir Humbatov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir