KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Humbatov: Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlərin səbəblər nələrdir?

Samir Humbatov: Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlərin səbəblər nələrdir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
340 0

16 noyabr 2021-ci ildə erməni terrorçularının təxribatları nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhəddində şiddətli döyüşlər gedib və bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4-ü əsgər olmaqla 7 hərbiçisi şəhid olub.
Baş vermiş təxribatlar II Qarabağ savaşından sonra daha geniş miqyaslı hesab edilməklə yanaşı həm də bir neçə fərqli cəhətləri ilə diqqət çəkməkdədir. Burada ortaya sual çıxır: niyə bu döyüş əməliyyatları rus “sülhməramlıları”nın müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində deyil, Ermənistan Azərbaycan dövlət sərhəddində baş verir? Ermənistan-Azərbaycan dövlət sərhəddində baş vermiş hərbi toqquşmalar kimə və yaxud da kimlərə lazımdır? Əgər ortada 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə varsa, atəşkəsi niyə pozulmalıdır?
Burada diqqətinizi çəkmək istədiyim bir neçə məsələ var. II Qarabağ savaşından sonra həm Ermənistandakı bəzi dairələrdə, həm də Rusiya tərəfində Ermənistan-Azərbaycan dövlət sərhəddinin Rusiya sərhəd xidməti tərəfindən qorunması təklifi irəli sürülməyə başlanıldı. Görünən odur ki, Azərbaycan tərəfi bu məsələyə etiraz edib. Beynəlxalq hüququn norma və prinsiplərinə görə bir dövlət digər dövlətin sərhədlərini qorumaq istəyirsə, sərhəddində yerləşəcəyi dövlətin razılığını almalıdır. Əgər hələdə Ermənistan-Azərbaycan sərhəddini rus hərbiçiləri qorumursa, deməli Azərbaycan tərəfinin razılıq vermədiyi məlum olur. Burada diqqət edilməli digər önəmli məsələ bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Valday diskusiya klubunda çıxışı zamanı Ermənistan-Azərbaycan dövlət sərhəddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ toxunub və o bildirib ki, burada tərəflər sərhəd məsələsini həll etmək üçün qarşılıqlı KOMPROMİSƏ getməlidirlər. Putin həm də onu bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhəddini müəyyənləşdirmək üçün YALNIZ üç tərəfin iştirakı bəs edər. Sərhəddi müəyyən etmək üçün Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında SSRİ dövrünə aid xəritlərə var. Putinin bu iki ifadəsi iki məsələni hər kəs üçün aydın etdi.
1. Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən təxribatların arxasında Rusiyanın məkirli oyunları var.
2. Rusiya bilərəkdən yaxud bilməyərəkdən tarixi Azərbaycan torpaqlarında saxta Erməni dövlətinin yaradılmasında və onun ərazilərinin genişlədilməsində birbaşa iştirakçı olduğunu etiraf etdi.
Burada diqqəti çəkən daha bir məsələ Ermənistanla bağlıdır. Daha dəqiq desək Paşinyan komandası ilə bağlıdır. Təbii ki, Ermənistanın(Paşinyanın) əsas məqsədi ölkəsində güc balansını dəyişməkdir. Yəni Rusiya ilə yanaşı qərbin də burada olmasını istəyir. Bunun üçün isə ona ən “ideal” variant sərhəddə və Qarabağda provakasiyaları gücləndirmək olduğunu demək mümkündür. Bununla Paşinyan ermənilərə demək istəyir ki, ruslar bizi qorumur, ona görə də qərbi də bura gətirmək lazımdər. Eyni zamanda Rusiyaya demək istəyir ki, məcbur etsəniz qərblə əməkdaşlığı gücləndirəcəm.
Hal-hazırda Rusiyanın beynəlxalq aləmdə başı çox ağrıyır. Demək olar ki, bütün bölgələrdə Rusiyaya qarşı sıxışdırma siyasəti aparılır. Gözləniləndir ki, bu tendensiya daha da artmağa doğru getsin. Ona görə də dünyadan təcrid edilməyə doğru gedən Rusiya üçün Qafqazın itrilməsi böyük problemlərin daima onu təqib edəcəyi anlamına gələ bilər. Məhz bunları bilə-bilə Rusiya bütün gücü ilə çalışır ki, Ermənistan və Azərbaycan arasında sülh və stabillik olmasın. Rusiya da həmin qeyri-stabillikdən istifadə edərək Cənubi Qafqazda mövcudluğunu qorusun.
Təbii ki, regionla bağlı maraqlı olan tərəflərin hər birində özünəməxsus strategiya var və eləcə də Azərbaycanda. Ona görə də ümid edirəm ki, siyasi, iqtisadi, diplomatik və hərbi imkanlardan lazımınca istifadə edib məsələnin həlli istiqamətində addımlar atılır və bundan sonra da atılacaq.
Samir Humbatov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir