KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov: Rusiyanı kim və niyə narahat edir?

Samir Hümbətov: Rusiyanı kim və niyə narahat edir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
352 0

Uraynanın NATO-ya üzv olmaq istəyi və Rusiyanın bu prosesə mane olmaq istəyi davam edir. Ukrayna prezidenti Vladimir Zelensknin NATO baş katibi Yens Stoltenberqlə görüşü zamanı açıq dillə Ukraynanın bu hərbi Alyansa qəbul edilməsinin önəmini qeyd etməsi onu göstərir ki, Ukrayna NATO-ya girməkdə qərarlıdır və Rusiyadan gələ biləcək təhdidləri görür.
Ukrayna prezidentinin NATO baş katibi ilə görüşü zamanı səsləndirdiyi fikirlərə cavab Rusiya prezidenti Vladimir Putindən gəldi. Vladimir Putin jurnalistin sualına cavab verərkən dediyi fikirlər diqqəti cəlb etdi.
Rusiya prezidenti bildirdi ki, Ukraynanın NATO-ya daxil olması bizim qırmızı xəttimizdir. O, həmçinin bildirib ki, NATO-nun Şərqə tərəf genişlənməsi Rusiya və ruslar üçün son dərəcə önəmlidir. ABŞ-ın raketləri Polşa və Rumunyada yerləşdirilib. Sözügedən ölkələrdən çıxan raketlərin Moskvaya çatması sadəcə 15 dəqiqə vaxt alır. İndi fikirləşin, əgər Ukrayna NATO-nun üzvü olarsa və ABŞ raketləri Ukraynaya yerləşdirilərsə bu Rusiya üçün ciddi təhdid ola bilər. Həmin raketlər Xarkov və D. Petrovskidən Moskvaya 7-10 dəqiqədə çata bilər.
Vladimir Putin son olaraq onu qeyd edib ki, Qərb ölkələri Rusiyanın xarici siyasət strategiyasına tüpürdü.
Fikrimcə, Putinin sözlərindən hər şey açıq aydın görünür. Rusiya Ukraynanı Qərbə güzəştə getmək niyyətində olduğu görünmür, amma çətin də olsa reallıqla barışmaq məcburiyyətində olduğu görünür. Rusiyanın Ukrayna məsələsində Qərb ölkələri ilə, xüsusilə də ABŞ-la belə konfrantasiyaya getməsinin arxasında bu çıxışdan məlum oldu. Rusiya üçün ən böyük təhdid NATO-nun, dolayısı ilə desə ABŞ-ın Rusiyanı çevrələmək siyasətinin Rusiyanın təhlükəsizliyi üçün çox ciddi təhdid olduğunu göstərməkdir.
Nəzərə alsaq ki, ABŞ SSRİ-nin təcrid edilib dağılmasını sürətləndirməsi üçün də çevrələmə siyasətini apardığının şahidi olmuşuq, o zaman Rusiyanın niyə belə narahat olduğunu anlamaq çətin deyil.
Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir