Əfqanıstanda paytaxt Kabul şəhəri və digər kiçik ərazilər nəzərə alınmasa, ölkə ərazisinin böyük hissəsinə “Taliban” silahlı qruplaşması nəzarət edir. “The Washington Post” nəşri məlumat yayıb ki, vəziyyətin getdikcə “Taliban”ın nəzarəti altına keçdiyini görən Əfqanıstan Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu ölkənin şimalında yerləşən Künduz vilayətində “Taliban”a müqavimət göstərməkdən imtina edib və təslim olublar.
Yayılan informasiyalar arasında oda qeyd edilib ki, təslim olan hərbçilər əsasən ABŞ istehsalı olan qiymətli silah-sursatı “Talibana” silahlıq qruplaşmasına təhvil veriblər.
Əfqanıstanda hansı proseslər baş verir?
ABŞ prezidenti Co Bayden ABŞ və NATO qoşunları tərəfindən 20 ildir işğal edilmiş Əfqanıstandan çıxmaq barədə qərar qəbul edir və dərhal qərarın icrasına başlanılır. Bu qərarın ardında 2000-ci illərin əvvəllərindən hakimiyyətini itirmiş “Taliban” silahlı qruplaşması yenidən aktivlışməyə başladı və sürətlə ölkənin fərqli əyalətlərini nəzarəti altına keçirməyə başladı. “Taliban” silahlı qruplaşması ilk addım olaraq Əfqanıstanın qonşu dövlətlərlə sərhəd qapılarını tutmağa başladı. Yüzminlərlə əfqan qaçqın başqa ölkələrə getmək məcburiyyətində qaldı. Daha sonra “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Molla Abdulla Qani Baradarın başçılıq etdiyi nümayəndə heyəti öncə İrana, onun ardından isə 10 iyulda Moskvaya səfər etdi. Şübhəsiz ki hər iki ölkəyə səfərin xüsusi önəmi vardı. Bir tərəfdə “Taliban”dan qaçan minlərlə əfqan qaçqının yerləşdiyi İran, digər tərəfdə Əfqanıstanın sərhəd olduğu və Rusiyanın “çətir”i altında olan KTMT. Əfqanıstanla həmsərhəd olan Tacikistan və çox yaxın məsafədə olan Qırğızıstanın KTMT-nin üzvü olması Moskvanı hərəkətə keçirtdi. “Taliban” rəhbərliyi isə qarşılıqlı şəkildə təminat almaq üçün Moskvaya gedib Rusiya rəsmiləri ilə görüşmək məcburiyyətində qaldı.
“Taliban” qısa müddətdə Əfqanıstanın qonşu ölkələrlə sərhəddini nəzarətə götürdü. Bu dövlətlər arasında Çin və Hindistan da var. Ona görə də Çinin narahatlığı başa düşüləndir. “Taliban”ın Əfqanıstanda sürətlə ölkəyə nəzarətə götürdüyünü görən Çin “Taliban” rəhbəri Molla Abdulla Qani Baradarın başçılıq etdiyi nümayəndə heyətini ölkəsinə dəvət etdi. 28 iyul 2021-ci ildə Çin XİN başçısı Vanq Yi “Taliban” rəhbəri Molla Abdulla Qani Baradar ilə görüşüb. Tərəflər arasında gələcək Çin Əfqanıstan əlaqələri müzakirə edilib. Bu da Çinin “Taliban”ı Əfqanıstanın gələcək iqtidarı kimi qəbul etdiyi anlamına gələ bilər.
Qonşu dövlətlər tərəfində atılan bu addımlar və “Taliban”ın sürətlə ölkəni ələ keçirməsi isə mövcud hakimiyyət daxilində ciddi narahatlığa və ruh düşgünlüyünə səbəb olur. Nəticədə Silahlı Qüvvələrin şəxsi heyəti “Taliban”la döyüşməyin mənasız olduğunu anlayıb təslim olmağa başlayırlar.
Hesab edirəm ki, 80-85% ölkə ərazisi nəzarəti ələ alan “Taliban” silahlı qruplaşması Əfqanıstanda ölkəni qısa vaxtda nəzarətə alacaq. Bu isə Mərkəzi Asiya və dünyada yeni geosiyasi və geostrateji reallıqların yaranmasına səbəb olacaq.
Samir Hümbətov
Samir Hümbətov: Taliban Əfqanıstana tam sahib olmağa hazırlaşır
411 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.