KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Samir Hümbətov: Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfləri nələrdir?

Samir Hümbətov: Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfləri nələrdir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
362 0

ABŞ-də fəaliyyət göstərən və xüsusilə də Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini ilk göndən etibarən araşdıran “Amerika Müharibə Araşdırmaları İnstutu” (ISW) son dərc etdiyi hesabatda Rusiya-Ukrayna müharibəsi haqqında yeni bilgilər paylaşıb. İnstut paylaşdığı hesabatda bildirir ki, Ukraynadakı rus hərbi qruplaşmalarının komandirləri birbaşa Rusiya prezidenti Vladimir Putinə tabedir. Məhz buna görə də həmin komandanlıqlar nə müdafiə naziri Sergey Şoyqu, nə də baş qərargah rəisi Valeri Gerasimovun əmrlərinə uyğun hərəkət etmirlər.
Hətta “Amerika Müharibə Araşdırmaları İnstutu” onu da iddia edir ki, Rusiyanın Ukraynada apardığı və xüsusi hərbi əməliyyatlar adlandırdığı işğalçılıq müharibəsinin birinci mərhələsinin başa çatmasından sonra Rusiya prezidenti Vladimir Putin Ukraynadakı komandanlığı müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri gerasimovdan alıb. Verilən məlumatlardan o da qeyd edilir ki, Putin Ukraynadakı son məlumatları birbaşa “Mərkəzi” qoşun qruplaşmasına nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Sruvikindən alır.
“Amerika Müharibə Araşdırmaları İnstutu”nun paylaşdığı hesabatdan belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada apardığı işğalçılıq müharibəsinə mart ayının sonlarından etibarən artıq nəzarəti itirmək üzrədir. Bir neçə gün öncə Rusiyanın Ukrayna cəbhəsində aktiv döyüş əməliyyatlarının səngiməsi ilə bağlı verdiyi “hər şey plan üzrə gedir” açıqlamasından da məlum olur ki, nəzarət Rusiya Müdafiə naziri Sergey Şoyqunun əlində deyil.
Paylaşılan bu məlumatlardan belə qənaətə gəmək olar ki, Ukrayna müharibəsində 6 aydan artıq vaxt keçməsinə baxmayaraq Rusiya tərəfinin ciddi uğur əldə edə bilməməsinin arxasında iki önəmli səbəb dayanır.
1. Rusiyanın Ukraynadakı qoşun qruplarında nəzarət tam şəkildə həyata keçrilə bilmir.
2. Qərbdən Ukraynaya verilən silah-sursat və hərbi texnika dəstəyi.
Birinci səbəb artıq məlumdur və bu vəziyyət demək olar ki, bu müharibədə Rusiya əlehinə işləyən əsas amillərdən hesab edilə bilər. İkinci səbəbə gəldikdə isə, burada fərqli yanaşma mövcuddur. Yəni qərb dövlətləri Ukraynanı dəstəkləmək məsələsində tək fikirli olmadıqlarını göstərirlər.
Biz proseslərin gedişinə baxsaq, mənzərə belə görünə bilər. ABŞ və İngiltərə Ukryannaya dəstək verir. İngiltərə baş naziri vəzifəsini müvəqqəti icra edən Boris Conson Ukraynaya gəlir. Ukryanaya dəstək olduğunu bəyan edir. Amma verilən dəstək tam şəkildə həyata keçrilmir. Verilən yardımlardan hiss edilir ki, Ukraynaya verilən dəstək müharibənin uzadılmasına hesablanıb.
Digər qərb ölkələri isə, demək olar ki, Rusiya və Ukrayna arasında ikili oynamağa çalışırlar. Bunun isə arxasında duran başqa səbəblər var. Fransa, Almaniya, İtaliya və digər dövlətlər sözdə Ukraynaya dəstək verdiklərini bildirsələr də, əməli olaraq demək olar ki, bu dəstək hiss edilmir. Bu isə müharibənin uzanması üçün ciddi zəmin yaradır. Müharibənin uzanması isə öz növbəsində həm Rusiyanın parçalanması prosesini sürətləndirir, həm də Ukraynnı yer üzündən silir.

Samir Hümbətov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir