KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Samir Hümbətov: Rusiya Ermənistandan nəyi istəyə bilər?

Samir Hümbətov: Rusiya Ermənistandan nəyi istəyə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
367 0

Ermənistan prezidenti Armen Sarkisyan dünən Nikol Paşinyanın baş nazir təyin edilməsi barəsində sərəncam imzaladı. Nikol Paşinyan növbədən kənar seçkilərdə yüksək səslə qalib gələrək parlamentə böyük üstünlük əldə etdi. Təbii ki, hələlik Paşinyan hökumət kabinetini yenicə formalaşdırmağa başlayır. Nikol Paşinyanın baş nazir postuna təsdiq olunmadan öncə Moskvaya səfər etməsi və Putinlə görüşməsi yeni kabinetdə rusyönümlülərin də olacağı ehtimalını artırır. Hesab etmirəm ki, Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarıdır. Amma məcburən Rusiyanın istəklərini yerinə yetirməli olacaq. Ən azından öz hakimiyyətini möhkəmləndirənə kimi ruslarla xoş davranmalı olacaq. Ehtimallar var ki, Rusiya paşinyandan üç əsas strukturda öz adamlarının təmsil olunmağını istəyəcək. Bunlar daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirlikləridir. Rusiya sözügedən qurumlarda özünə sadiq adamları yerləşdirməklə Ermənistandakı prosesləri idarə etməyə çalışacaq.
Burada digər önəmli məsələ Ermənistan və Azərbaycan arasında mövcud olan Qarabağ məsələsidir. Bu mövzuda Paşinyan Rusiyadan fərqli mövqe sərgilədiyi görünür. Fikrimcə, Paşinyan post-müharibə dövründə ölkəsinin blokadasını aradan qaldırmaq üçün bəzi addlmlar atmağa çalışacaq, amma Rusiyanın buna nə dərəcədə icazə verəcəyi sual altındadır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci illərdə üçtərəfli formatda imzalanmış bəyannamələrin icrasında yubanmaların aradan qaldırılması əsas məsələlərdəndir. Azərbaycandan fərqli olaraq Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir və Rusiya da bu məsələdə Ermənistan təziq etmək niyyətində görünmür. Əksinə həm Zəngəzur dəhlizinin açılmasının yubadılması, Kommunikasiyaların açılmaması, erməni silahlı terrirçularının rus “sülhməramlıları”nın nəzarət etdiyi bölgədən hələdə çıxarılmaması, erməni terrorçularının rus “sülhməramlıları”nın yerləşdiyi ərazilərdən və Ermənistan-Azərbaycan dövlət sərhəddinin müxtəlif istiqamətlərindən Azərbaycan silahlı qüvvələrini mütəmadi şəkildə atəşə tutması, minaların xəritələrinin tam şəkildə Azərbaycan tərəfinə verilməməsi və digər məsələlər problemlərin hələ də mövcudluğundan xəbər verir.
Son günlər rus mediasında və siyasi elitasında Azərbaycana qarşı çirkin ifadələrin tez-tez yer alması və Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən proseslərin Azərbaycana qarşı çirkin niyyətlərin olduğunu göstərir. Nikol Paşinyanın Rusiyanın orbitindən çıxmaq üçün bütün gücü ilə çalışacağını düşünsək, regionda yeni dəyişikliyin olacağını demək mümkündür.

Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir