KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Samir Hümbətov: Qərbin Azərbaycana xüsusi ehtiyacı

Samir Hümbətov: Qərbin Azərbaycana xüsusi ehtiyacı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
269 0

“Son günlər həm Rusiyadakı bəzi siyasi dairələr, həm də Qərbdəki bəzi siyasi dairələr tərəfindən Azərbaycana qarşı anti-Azərbaycan ritorikalı açıqlamalara rast gəlirik. Amma, bu bəyanatların heç bir rəsmi deyil,siyasi xarakterlidir. Çünki bu günə qədər baş verən proseslərin sonunda məsələlərə nəzər salsaq görərik ki, Azərbaycan yalnız və yalnız beynəlxalq hüquqa və beynəlxalq hüququn normalarına əsaslanan addımlar atır. Rəsmi Bakı beynəlxalq hüququn Azərbaycana verdiyi imkanlardan maksimum dərəcədə istifadə edir. Buna görə də düşünürəm ki, həm Qərbin, həm Rusiyanın, həm də digər bölgəyə marağı olan tərəflərin verdiyi bu açıqlamaların son nəticədə hansısa bir ciddi söykənəcəyi yer yoxdur. Belə olan halda da, biz rahatlıqla deyə bilərik ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı üçün Bakıya qarşı hər hansı bir məhdudlaşdırıcı problemin yaranması inandırıcı görünmür. Yəni, Azərbaycan sağlam əsaslara söykənən siyasi xətt tutub, beynəlxalq hüququn da norma və prinsiplərini qoruyur. “İndiki məqamda bəzi dövlətlərin Azərbaycana qarşı tutduğu ritorikanın hansısa bir formada Azərbaycanın siyasətinə təsir edəcəyi real görünmür”. Hesab edirəm ki, istər dünyanın bütün gücləri, istərsə də, müəyyən gücləri Ermənistana nə qədər də açıq şəkildə söz versələr də, bu son nəticədə ümumi prosesi dəyişə bilməz. Çünki proses ondan ibarətdir ki, Azərbaycan 30 ildə işğala məruz qalıb. Sonra da öz ordusu ilə ərazilərini işğaldan azad edərək, BMT qətnamələrini icra edib. Bu baxımdan indiki məqamda bəzi dövlətlərin Azərbaycana qarşı tutduğu ritorikanın hansısa bir formada Azərbaycanın siyasətinə təsir edəcəyi real görünmür. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün həm Rusiyanın, həm də Qərbin Azərbaycana xüsusi ehtiyacı var. Bu baxımdan düşünürəm ki, verilən açıqlamalar ümumi fikir olaraq səslənsə də, son nəticədə Azərbaycanla münasibətlərə təsir etməyəcək”.

Samir Hümbətov Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir