KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov: İsrail-İran hücum üçün “icazə” axtarışında

Samir Hümbətov: İsrail-İran hücum üçün “icazə” axtarışında

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
311 0

İran üçün əsas olan dünyanın güc mərkəzlərini yanında görməkdir. Əgər İran-İsrail arasında mümkün müharibə baş verərsə İranı şübhəsiz ki dəstəkləyən ölkə Rusiya və Çin olacaqdır”.

Bu açıqlamanı Metbuat.az-a “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov edib. Onun sözlərinə görə, İranla güclü müttəfiqlik münasibətlərinə malik olsalar da, nə Rusiya, nə də Çin İranın nüvə silahı əldə etməsinin tərəfdarı deyil.

Nəzərinizə çatdırım ki, Rusiya 2007-ci və 2010-cu illərdə BMT TŞ-da nüvə məsələsinə görə İrana qarşı tətbiq edilən sanksiyalara nəinki veto qoymadılar, hətta dəstək verdi. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə ABŞ nüvə razılaşmasından çıxıb, İrana qarşı müharibə məsələsini gündəmə gətirərkən ABŞ baş katibi Mayk Pompeo Moskvaya səfər etdi və prezident Vladimir Putinlə görüşdü. Bu görüşdən sonra tərəflər brifinq keçirdilər və həmin brifinqdə Rusiya prezidenti Valdimi Putin İranı nəzərdə tutaraq bildir ki, “Rusiya bölgədə yanğın söndürən maşın funksiyasını icra etmir və hər kəsi uzlaşmaq üçün yollar tapmalıdır”. Bunun isə hansı anlam daşıdığı, fikrimcə, hər kəsə aydındır. Yəni son illərdə baş verən proseslərə baxaraq belə qənaətə gəlmək olar ki, Rusiya və Çin İranın nüvə silahına malik olmasını istəməsələr də, ona qarşı hansısa müharibə ssenarisinin olmasının tərəfdarı deyillər”.

Politoloq onu da bildirdi ki, elə İsrail baş naziri Bennetti Naftalinin Rusiyaya səfərində də əsas məqsəd Vladimir Putinə İranın son zamanlar atdığı addımların çox ciddi təhlükəyə səbəb olduğunu və belə davam edərsə İranın vurulacağını izah etməkdir. İsrail baş naziri həmçinin Putinə izah edə bilər ki, onların məqsədi İranı deyil, İranın nüvə obyektlərini vurmaqdır.

“Hadisələrin gedişatından belə qənaətə gəlmək olar ki, İsrail baş naziri Bennetti Naftali Rusiyadan sonra Çinə də səfər edə bilər. Hesab edirəm ki, İsrail baş naziri Benneti Naftali Putinin yanına Mossadın hazırladığı hesabatı da apara bilər ki, bu da regiondakı real vəziyyətin tam şəkildə əks etdirilmək üçün kifayətdir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir