KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov. İsrail-Fələstin məsələsi siyasi,dini və etnik baxış

Samir Hümbətov. İsrail-Fələstin məsələsi siyasi,dini və etnik baxış

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
342 0

İsrail-Fələstin münaqişəsi onu göstərdi ki, dünya siyasətində sondurulmuş və münaqişəli məsələlər əbədi olaraq qala bilməz. Belə hadisələrdə maraqlı tərəflər hər an öz məqsədləri və maraqları naminə münaqişələri yenidən alovlandıra bilərlər. Belə proseslərin uzunmüddətli və qısa aralıqlarla müntəzəm olaraq davam etdirilməsi cəhdləri beynəlxalq münasibətlər baxımından xoş qarşılanmasa da, reallıq olaraq qəbul edilir.
1948-ci ildən bəri müəyyən qısa fasilələri çıxmaq şərti ilə daima aktivliyini qoruyub saxlayan İsrail-Fələstin münaqişəsi buna açıq örnək kimi qəbul edilə bilər.
Təbii ki, İsrail-Fələstin məsələsinə bir neçə aspektdən yanaşmaq mümkündür. Burada siyasi, dini və etnik aspektlər önəmli rol oynayır. Məsələyə siyasi aspektdən yanaşsaq, məhz bu münaqişədə tərəf olaraq yalnızca İsrail və Fələstin qəbul edilə bilməz. Münaqişənin aktiv fazasında İsrail və Fələstin olsa da, arxa planda bloklaşmanın olduğunu görmək mümkündür. Biz bu münaqişədə tərəfləri şərti olaraq İsrail və Fələstin bloklarına bölsək, İsrail blokunda təmsil olunanlara, əsasən, ABŞ və Qərbi Avropa dövlətlərini, xüsusilə də Böyük Britaniyanı nümunə göstərə bilərik. Fələstin blokuna isə Türkiyə, İran, Rusiya, müsəlman ölkələrinin böyük əksəriyyətini, o cümlədən bəzi ərəb ölkələrini nümunə göstərə bilərik. Təbii ki, bu məsələdə bir də bitərəf mövqe sərgiləyınlər var ki, bunlar da trəflərlə münasibətlərdə balansı qirumağa çalışanlar kimi də qəbul edilə bilərlər. Bu münaqişədə Türkiyənin Fələstinə diplomatik və siyasi dəstək verməsi, həmçinin İranın Həmaz və Hizbullah kimi hərbi qruplaşmalar vasitəsi ilə dəstək verməsi İsraili daha çox narahat edən məsələlərdəndir.
Məsələyə dini aspektdən yanaşsaq, burada uzun illərdi baş verənlər iki fərqli dinin toqquşması kimi də qəbul edilə bilər. Xüsusilə onu qeyd etmək lazımdır ki, Qüds şəhərinin üç dinin mərkəzi olması, məsələnin bir az daha qəlizləşməsinə şərait yaradan amillərdəndir. Belə ki, tərəflər bu şəhəri özləri üçün müqəddəs hesab edirlər və ona görə də qarşı tərəfə güzəştə getmək niyyətində olmadıqlarını atdıqları addımlarla sübut edirlər. Məhz son genlər Qüdsdə yerləşən Əl Əqsa məscidində baş verənlər deyilənlərə açıq nümunə kimi qəbul edilə bilər.
Məsələyə bir də etnik aspektdən yanaşsaq, burada baş verənlərin ərəb-yahudi müstəvisindən də kənara çıxdığını görmək mümkündür. 1948-ci ildə İsrailin özünü müstəqil dövlət elan etməsindən sonra başlayan proseslər 1967 və 1973-cü illərdə İsrail-Ərəb müharibəsinə qədər yüksəldi. Təbii ki, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın başqısı ilə ərəb ölkələri birliyi bir müddət sonra dağılsa da, nəticə etibarı ilə tərəflər arasında etnik münaqişənin daima mövcudluğunu qoruduğunu demək mümkündür. 1979-cu ildə Misir və İsrail arasında Kemp Devid anlaşmasının imzalanması ilə İsrailə qarşı ərəb birliyi anlayışı aradan qalxsa da, fərdi şəkildə İsrailə qarşı münasibət yenə də normal plmadı. Yəni qısa şəkildə desək, buna həm də ərəb-yahudi münaqişəsi kimi də yanaşmaq olar.
Görünən odur ki, münaqişə həm dalana dirənib və tərəflər öz maraqlarını güzəştə getmək niyyətinə görünmürlər. Belə olan halda İsrail-Fələstin münaqişəsinin tezliklə bitəcəyi yaxud kompromis varyantın əldə ediləcəyin reallığa yaxın görünmür.
Sözsüz ki, siyasətdə çarə dükınmir. Əgər tərəflər vəziyyətin normallaşmağını və münaqişənin sülh prosesinə yönəldilməsini və beləliklə də insan itkisinin qarşısını almaq üçün bəzi güzəştlərə gedə bilərlər. Bu güzəştlər regina beynəlxalq mandatı olan və çox tərkibli sülhməramlı qüvvələrin gətrilməsi, münaqişənin başlandığı ilk illərdə tərəflərin mövcu olmuş sərhədlərə qaytarılması və nəhayət BMT-nin münaqişənin həlli istiqamətində qəti nəticələr verəcək “yol xəritəsi”nin hazırlayıb tətbiq edilməsinə nəzarət etməsi.
Hesab edirəm ki, bundan sonra uzun illərdir davam edən münaqişənin həlli istiqamətində uğurlu nəticə əldə etmək mümkündür.
Samir Hümbətov
Atlas Araşdırmalar Mərkızinin siyasi şərhçisi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir