18 iyun 2021-ci ildə İranda prezident seçkiləri keçrildi və bu seçkilərdə əvvəlcədən favorit hesab edilən namizəd, həmçinin qatı mühafizəkarlığı ilə seçilən İbrahim Rəisinin qalib olduğu bildirildi.
Seçkiöncəsi İranın gələcək prezidentinin ölkənin nüvə məsələsi ilə bağlı tutacağı mövqeyi haqqında verdiyimiz proqnozlar öz təsdiqini yeni prezidenti İbrahim Rəsisinin ilk mətbuat konfransı zamanı verdiyi açıqlama ilə tapdı.
İbrahim Rəisi ilk açıqlamasında bildirdi ki, “ABŞ prezidenti Co Baydenlə görüşməyəcək. İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməyəcək. İran yalnız ona qarşı tətbiq edilmiş sanksiyaların aradan qalxacağı təqdirdə nüvə danışıqlarına qoşula bilər”.
İbrahim Rəisinin bu açıqlaması islahatçı eks prezident Həsən Ruhanidən fərqli olaraq dini lider Əli Xomneyi ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Co Bayden bu ilin yanvar ayından səlahiyyətlərinin icrasına başlayarkən 2018-ci ildə ABŞ-ın eks prezidenti Donald Trampın 2015-ci ildə İranla 5+1 formatında imzaladığı “Birgə hərtərəfli fəaliyyət planı”ndan çıxmasını tənqid etdi və bu danışıqlar yenidən qayıtmaq niyyətində olduğunu açıqladı. Eyni zamanda İranın da bu danışıqlara qeyd-şərtsiz qoşulmalı olduğunu bildirmişdi. ABŞ prezidenti Co Baydenin nüvə danışıqları ilə bağlı İrana etdiyi təklif İranda birmənalı qarşılanmayıb. İran dini lideri Əli Xomneyi bildirmişdir ki, “İrana qarşı tətbiq edilmiş bütün sanksiyalar ləğv edilməmiş danışıqlardan söhbət gedə bilməz”. Digər tərəfdən isə eks prezident Həsən Ruhani bildirmişdir ki, “İrana qarşı tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə aradan qalxması İranın nüvə danışıqlarını bərpa etməsinə kömək edəcəyini bildirmişdir. Məhz bu fikir ayrılıqları açıq şəkildə görünəkdə idi. İndi isə yeni prezident İbrahim Rəisi dini lider Əli Xomneyi ilə eyni fikrlərə sahibdir.
Görünən odur ki, bu yanaşma ilə İranın nüvə məsələsində danışıqlar masasına oturmaq niyyəti yoxdur. Təbii ki, ona qarşı artan sanksiyalar bir tərəfdən İran iqtisadiyyatını daha da çökdürür, digər tərəfdən isə İranı nüvə silahı əldə etməsini yaxınlaşdırır.
Samir Hümbətov
Samir Hümbətov: İranın nüvə məsələsində yeni adminstrasiyanın mövqeyi
473 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.