KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Samir Hümbətov: Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfəri kimlərin planlarını zərbə altında qoydu?

Samir Hümbətov: Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfəri kimlərin planlarını zərbə altında qoydu?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
307 0

Azərbaycan prezidenti cənab İlham Əliyev 24 Oktyabr 2022-ci ildə Gürcüstana işgüzar səfər etmiş və orada Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə həm ikili, həm də heyətlərlə görüş keçirmişdir. Bu görüşdən sonra İlham Əliyev və İrakli Qaribaşvili birgə mətbuat konfransı keçirmiş və görüşün bəzi detalları haqqında məlumat vermişlər. Mətbuat konfransı zamanı diqqəti cəlb edən açıqlamalar sırasında Gürcüstan baş nazirinin Ermənistan-Azərbaycan arasında münaqişənin bitməsi ilə bağlı səyləri artırmaq təklifidir ki, bu da onu deməyə əsas verir ki, növbəti görüşlərin liderlər səviyyəsində və XİN başçıları səviyyəsində Gürcüstanda da keçrilməsi mümkündür. Əgər görüş orada baş tutarsa, bu Azərbaycan üçün daha məqsədəuyğun ola bilər. Həmçinin Gürcüstan baş naziri ikili əlaqələrə toxundu və bu əlaqələri inkişafından məmnun olduğunu da bildirdi.
Eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyev də ikili siyasi, iqtisadi əlaqələrə toxundu. Həmçinin ölkə başçısı xalqlarımız arasında xoşməramlı əlaqələrin olduğunu da vurğuladı.
Azərbaycan prezidentinin indiki durumda Gürcüstana səfər etməsi və orada bəzi açıqlamalar verməsi xüsusi önəm daşıdığını demək mümkündür. Bunlar da nədən ibarətdir? Azərbaycan prezidentinin Gürcüstan səfəri kimlərə hansı mesajı vermiş oldu?
Azərbaycan prezidenti cənab İlham Əliyev siyasi və iqtisadi əlaqələrə toxunarkən biıdirdi ki, Azərbaycan Gürcüstana 3 milyard ABŞ dolları investisiya qoyub. Bu isə o deməkdir ki, indiki halda Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələr sırasında Azərbaycan ön sıralardadır. Bundan başqa ölkə başçısı region və dünya üçün vacib əhəmiyyəti olan nəqliyyat-kommunikasiya xəttləri barədə danışdı və biıdirdi ki, bu xəttlər hım ikili münasibətlərə, həm də regional və qlobal münasibətlərə ciddi təsir mexanizmlərinə malikdir. Burada Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini də vurğuladı. Ölkə başçısı bu məsələyə toxunmaqla onu demək istədi ki, Azərbaycan Gürcüstanın iqtisadiyyatına vəsait qoyduğu kimi nəqliyyatına da vəsait qoyur ki, bu da Azərbaycanın maraqlarına xidmət edir. Beləliklə də, İranın Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizi planı suya düşmüş oldu. Eyni zamanda ölkə başçısı Azərbaycandakı və Gürcüstandakı dəniz limanlarına da toxundu. Azərbaycan prezidenti bildirdi ki, Azərbaycan və Gürcüstan vasitəsi ilə beynəlxalq yükdaşımaların artmasını vurğulayaraq bildirdi ki, bu tendensiya gələcəkdə də davam etdiriləcək. Yəni dəniz limanları vasitəsilə yükdaşımaların həcmi artacağı mümkündür ki, bu da ölkələrin iqtisadiyyatına ciddi təsir edəcək. Bu limanların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin daha da gücləndirilməsi isə o deməkdir ki, Azərbaycan İranı, Ermənistanı və onlara dəstək verən qüvvələri oyundan kənar vəziyyətdə qoymuş olur.
Beləliklə də demək olar ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Gercüstan səfəri Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağını gücləndirməklə yanaşı, Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoymuş oldu.
Samir Hümbətov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir