KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Samir Hümbətov: ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya səfər etməməsinin arxasında hansı niyyətlər dayanır?

Samir Hümbətov: ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya səfər etməməsinin arxasında hansı niyyətlər dayanır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
306 0

9-10 iyul 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdəki diplomatik korpusun başçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil edilib. Səfərin təşkilində əsas başçılığı prezidentin köməkçisi Hikmət Hacıyev edirdi. Burada diqqəti çəkən bir vacib nüans diqqətdən yayınmadı.
Xarici ölkə səfirlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı təklifi üç ölkə səfiri qəbul etməyib və bu səfərdə iştirak etməyib. Bu ölkələr ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Bu ölkələrin səfirlərinin Şuşaya səfərdən imtina etməsinin arxasında bir neçə nüansın olduğunu düşünmək mümkündür.
Birincisi, hələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini həzm edə bilməməsi,
İkincisi, bu ölkələrin hələdə münaqişəni böyütmək və münaqişədə özlərinin iştirakını təmin etmək,
Üçüncüsü, öz ölkələrində erməni lobbisini özlərindən küsdürməmək siyasətini tutması,
Dördüncüsü, dünyaya özlərini guya “bitərəf” dövlətlər kimi göstərmək cəhdləri və s. ilə əlaqələndirmək.
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin niyə 30 ilə yaxın müddətdə həll edilə bilməməsinin də səbəbinin arxasında məhz belə ikiüzlü siyasətin dayandığını demək mümkündür.
Baş verən hadisədən belə nəticəyə gəlmək olar ki, sözügedən üçlük üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək ciddi narahatlıq kimi görünür. Təbii ki, kimin nə düşünməsinin bizim üçün heç bir önəmi yoxdur. Bizim üçün önəmli olan ərazi bütovlüyümüzün təmin edilməsidir.
Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir